“Hər şey o qədər açıq və birmənalıdır ki…”

evez zeynalli1Naməlum (əslində isə məlum) şəxslər tərəfindən döyülərək qətlə yetirilən jurnalist Rasim Əliyevin istintaq işi necə aparılacaq? Cinayətkarların hamısı qanun qarşısında cavab verəcəklərmi, haqq etdikləri cəzanı alacaqlarmı?

 
Moderator.az – a açıqlama verən “Xural” qəzetinin baş reaktoru Əvəz Zeynallı deyir ki, hadisədən dərhal sonra həbslər olmalı idi:
“İstintaqın düzgün aparılacağını ancaq yekun nəticədən sonra biləcəyik. O haqda bir şey demək olmaz. Ancaq baş verənlər göstərir ki, gözlədiyimiz çeviklik və operativlik yoxdur. Rasim Əliyev “Bayıl” marketin düz yanında ölümünə döyülüb və marketin elə o yerində də kameralar var. Hətta məlumatlarıma görə, həmin kamerada hər şey tam əksini tapıb. O zaman indiyə qədər Rasimi döyənlərin hamısının tutulmamaları şübhə doğurur. Bu tip cinayətlərdə həbslər dərhal və yubanmadan olmalıdır. Hər şey o qədər açıq və birmənalıdır ki….
Tutulmalar gecikirsə, həbslər olmursa, ya da tutulur və buraxdırılırlarsa, o zaman ciddi müəmmalar var deməkdir. O müəmmalar da oliqarxlara bağlıdır. Düşünürəm ki, Rasim Əliyev oliqarxların arasında baş verən maraq toqquşmalarının tam mərkəzinə düşüb və bu da istintaqa mənfi təsir göstərə bilər. Hər halda, prezidentin Əli Həsənov vasitəsilə verdiyi mesaj ümidvericidir, ortada bir Elmar Hüseynov hadisəsi olmasaydı. Bütün hallarda ümid edək ki, nəticələr olacaq. Olmasa, bu hadisə Azərbaycanın imicinə çox pis, hətta bəzi məqamlarda öldürücü təsir göstərəcək.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button