Hərbçimizin şəhid olması ilə bağlı

Azərbaycan XİN bəyanat yaydı

Azərbaycan Redpublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 14 oktyabr 2021-ci il tarixində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu həlak olub.

Bu terror-təxribat əməlini kəskin şəkildə qınayırıq.

Xural.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Ermənistanın dəstəklədiyi qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən bu təxribat Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır və bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir:

“Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi bir vaxtda erməni silahlı dəstələrinin törətdiyi bu təxribat Ermənistan tərəfinin revanşist mövqeyini nümayiş etdirməklə yanaşı, Rusiya sülhməramlılarının fəaliyyətinə əngəl törətmək cəhdlərini göstərir.

Allah Şəhidimizə rəhmət eləsin”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button