Hərbi sənaye nazirinin qorxulu silahı – «Niaqara»…

Tam məxfi…

Yavər Camalovun daha iki silah üzərində işlədiyi deyilir – «1001 gecə» və «Fitnes klub»

Əldə etdiyimiz məlumatlara görə, hərbi-sənaye nazirimiz, hərb tarixinə bu günə kimi məlum olmayan yeni bir silah icad edib. Kod adı «Niaqara» olan bu silah, öz atəş gücünə görə, Rusiyanın məşhur TOR-M kompleksindən tam 7(!) dəfə güclüdür. Bu silahı heç bir raketlə vurmaq mümkün deyil. Belə bir silahı icad etmək üçün ABŞ, Rusiya, Fransa, İngiltərə və Syerra Lionanın hərbi sənaye nazirlərinin, tam 22 il 11 ay 29 gün birgə çalışmaları lazımdır. Silahın texniki özəllikləri ilə maraqlanan xarici kəşfiyyat idarələri, MKİ, FTB, Mİ-4 bu silahın texniki sənədlərini əldə edəcək kəşfiyyatçısına general rütbəsi vəd edib. MOSSAD isə daha irəli gedərək, general rütbəsindən başqa, gələcəkdə işğal edəcəkləri torpaqlarda 12 sot torpaq sahəsi də vəd edib.

Qardaş Türküyədə isə bir MİT albayı bu xəbəri eşidincə, «Tanrı türkü qorusun!» bağıraraq, intihar girişimində bulunub. Qafasına qurşun sıxaraq axirət yolunda olan albaydan, yarı yolda, «kimdən» deyərək soruşanda, mərhum bir anlıq gözünü açaraq, «böyle bakanlardan» söyləyib.

 

Yeni silah dövlət ərlərinin sevimli guşəsinə çevrilib. Bu səbəbdən öz qiymətli vaxtlarının bir hissəsini bu silahın bunkerində keçirərək, onun atəş sistemiylə tanış olurlar.

Mənbə xəbər verir ki, hörmətli nazirimizin daha iki silahı təkmilləşmək üzrədir. Şərti kod adı «1001 gecə» və «Fitnes klub» olan bu silahların da təkmilləşdirmə işləri başa çatmaq üzrədir. Deyilənə görə, bu silahlar tamamlanandan sonra, dığalar arendaya götürdükləri Qarabağı rəsmi qaydada özəlləşdirə bilməyəcəklər.

Nazirlikdəki casusumuz çooox hörmətli nazirimizin digər silahları haqqında məlumat toplamaqda davam etdiyi üçün biz, hələlik bu məlumatlarla kifayətlənirik. Yoxsa ÇOOOX hörmətli nazir oradakı cəsusumuz haqda xəbər tutuar və öz səmərəsiz fəaliyyətini tam məxfiləşdirər.

Əlövsət Bond

 

Xural” qəzeti,

 

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button