“Hərbi xidmətlərə görə” medalı 1 981 hərbçiyə verildi

Dekabrın 30-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş 1981 hərbi qulluqçu “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 3-ü general-mayor, 24-ü polkovnik, 105-i isə polkovnik-leytenantdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button