Həyat yoldaşı Polad Aslanova həbsxanada

...təzyiqlərin olduğunu deyir

1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist  Polad Aslanova təzyiqlər olunur, ona süni şəkildə problem yaradırlar. Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova bildirib.

«Poladla yaxından dostluq edən kamera yoldaşını karsa salıblar, ona yemək, su keçirməyə imkan vermirlər. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi məhbusları Polad Aslanovun üzərinə qaldırıb. Polad Aslanova qarşı təzyiqlər siyasi məhbus Niyaməddin Əhmədova dəstəyini ifadə edən mesajın dərc olunmasından sonra başlayıb», deyə G.Aslanova iddia edir.

Penitensiar xidmərdən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, Aslanov 2019-cu il noyabrın 16-da İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamı təkzib edib, hüquq-mühafizə orqanlarında korrupsiya haqqında materiallar dərc etdiyinə görə cəzalandırıldığını bildirib.

“Sərhədsiz Reportyorlar” təşkilatı və digər hüquq müdafiə qurumları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button