Haci İbrahim “Bandotdel”dədir – Təsdiqləndi – VİDEO


“Avesta” holdinqinin sahibi Hacı İbrahim Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və hazırda da oradadır

Bu barədə musavat.com-a Avesta Holdinqdən məlumat verilib. Açıqlamada bildirilirb ki, Hacı İbrahimi Beynəlxalq Bankla bağlı gedən istintaqa görə ifadə almağa dəvət ediblər: “Onun istintaqa çəlb edilməsinin “Xəzər adaları” layihəsi ilə heç bir əlaqəsi yoxdur. İstintaqa da özü gedib. Hazırda da oradadır (saat 15.20). Onun həbs ehtimalı yoxdur. Saat 18 radələrində BMCMİ-dən çıxması gözlənilir”.

Xatırladaq ki, hələ 3 il əvvəl Hacı İbrahimin “Xəzər adaları” ilə bağlı layihəyə 125 milyard dollar sərmayə qoyması haqda məlumata ilk reaksiya Rusiya mətbuatından gəlmişdi. İş adamının özü hələlik 60 milyarddan danışır; 1 kilometrlik bina söhbəti dünyada müzakirə mövzusudur“

“Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin başlatdığı çoxfunksiyalı “Khazar Island” (“Xəzər adaları”) layihəsi ilə bağlı bu fantastik rəqəmi açıqlamazdan əvvəl layihənin dəyərinin 30 milyard olduğunu bildirmişdi.

Azərbaycanda, Xəzərdə salınacaq süni adalar üzərində dünyanın ən hündür binasının inşa ediləcəyi haqda xəbərlər dərhal xarici mətbuatda ön sıralardan yayılıb. “The Wahsington Post”, “The New York Times”, “The Financial Times” kimi nüfuzlu qəzetlər, “Forbes” jurnalı, “Bloomberg” agentliyi və digər xarici KİV-lər bu barədə xəbərlərə geniş yer veriblər. Eləcə də ingilisdilli ərəb KİV-lərində Xəzərdə inşa ediləcək göydələn barədə xəbərlər gedib. Bu KİV-lər qeyd edirlər ki, indiyədək dünyanın ən hündür binası olan Dubaydakı “Burc Xəlifə” göydələni barədəki söhbətləri unutmaq lazım gələcək, çünki Bakıda onu xeyli geridə qoyacaq bina tikməyə hazırlaşırlar.

Ərazidəki iş icraçılarının dediyinə görə, tikinti işlərinə 2010-cu ildən başlanıb. Yolun Bakı-Astara magistralına yaxın bir hissəsinə artıq asfalt döşənib. Dəniz həmin ərazidə bir neçə kilometr doldurulub. Şəhər hələ dənizin içərilərinə doğru daha 8 kilometr uzanacaq. Dənizin torpaqla doldurulmuş hissəsində bir neçə yaşayış binası tikilməkdədir. “Avesta” konsernin rəhbəri İbrahim Nehrəmlinin dediyinə görə, o, bütün işləri 2016-ci ilə yekunlaşdırmağı planlaşdırır. Bəzi iaşə obyektləri isə daha tez – 2012-ci ilin sonlarına yaxın işə düşməlidir. İndiyə qədər görülən işlərə isə 1 milyard manatdan artıq pul xərclənib”.

Şirkət rəhbərinin dediyinə görə, şəhərdəki ilkin mərhələ üçün nəzərdə tutulan 1100 yaşayış mənzilini rəhbəri olduğu “Avesta” konserninin vəsaiti hesabına tikəcək. Qalan işlərin aparılması üçün xarici sərmayəçilər cəlb ediləcək: “Bu ilin martından da xarici investorların gəlməsi gözlənilir”.

Bu günlər baş verən həbslər dalğası əsasən iri iş adamlıarına toxunur. Analitiklər hesab edirlər ki, bu ilk növbədə özəl sektorun məhvinə və bütün maddi sərvət və əmlakın vahid Mərkəzin əlində toplanmasına xidmət edəcək. 

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button