Hacı İbrahimin evi borca görə müsadirə olunub?

Nazim İbrahimovun qardaşının banklara külli miqdarda borcu var

Diaspora Məsələləri Komitəsinin sədri Nazim İbrahimovun böyük qardaşı Hacı İbrahimin evinin müsadirə olunması haqqında XuralTAC-a məlumat daxil olub. Məlumata görə, Hacı İbrahimin Teymur Əliyev küçəsində (bu küçə «milyarderlər məhəlləsi» kimi də tanınır) yerləşən dəbdəbəli villası Nərimanov Rayon İcraçıları tərəfindən müsadirə olunmaq üçün siyahıya alınıb. Buna səbəb Hacı İbrahimin banklara yığılıb qalan borcunu ödəməməsidir və Hacı dəfələrlə edilən xəbərdarlıqları qulaqardına vurduğuna görə, ona qarşı belə bir addım atılıb.

XuralTAC-a xəbər verən mənbənin sözlərinə görə, icraçılar evi siyahıya alanda ciddi qarşıdurma yaranıb. Evin mühafizəsi icraçıların gəlişi barədə Hacı İbrahimə xəbər veriblər. Hacı İbrahim də öz növbəsində hadisə yerinə mühafizə dəstəsini göndərib və mühafizə dəstəsi icraçılara evə girməyi qadağan ediblər. Məsələnin böyüdüyünü görən icraçılar rəhbərliyi xəbərdar etdikdən sonra Hacı İbrahimin evinin qarşısına Çevik Polis Alayı gəlib. Hacı İbrahimin mühafizə dəstəsi zərərsizləşdirilib və ev möhürlənib. İndi Hacı İbrahimin Teymur Əliyev küçəsindəki evi hansısa bankın malıdır və buraya artıq heç kəsi buraxmırlar.

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 026 (434), 10-16 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button