Hacı Madər 7-ci dəfə deputat olacaq?!

“Milli Məclisdə şərəflə təmsil etdiyim 8 saylı Binəqədi birinci seçki dairəsindən yenidən deputatlığa namizədliyimi irəli ürməyə qərar verdim” – Etikxeber.az  xəbər verir ki, bunu Azay Quliyev “Tvitter” hesabında paylaşıb.

“Əminəm ki, seçicilərimin təkrar etimadını qazanacaq və növbəti 5 ildə də onları ləyaqətlə təmsil edəcəm” – deyə, o, əlavə edib.

Onu da qeyd edək ki, bitərəflərlə bağlı məsələdə hərəkətlilik, necə deyərlər, “buzların əriməsi” başlayıb.

Xüsusilə də, son günlərəcən namizədliklərini verib-verməyəcəyi məsələsində susqunluq nümayiş etdirən bitərəf deputaların bir çoxunun seçkilərdən kənarda qalacağı, bir qisminin isə yenidən şansını sınayacağı, hətta hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən dəstəklənəcəyi, onların irəli sürüldükləri dairələrdən namizəd verilməyəcəyi məlum olub.

Namizədliyini yenidən irəli sürməyəcək bitərəf deputalar arasında Mahir Aslanovun, Azər Kərimlinin, Hacı Madərin, Səttar Möhbalıyevin, Elxan Süleymanovun, Rasim Musabəyovun,  Flora Qasımovanın, Hacı Salayevin, ünlü sənətçi Zeynəb Xanlarovanın və başqa bir necə müstəqil millət vəkilinin adı çəkilir.

Həmçinin, namizədliyini yenidən irəli sürəcək bitərəf deputatlar arasında Adil Əliyevin, Ülvi Quliyevin, Fəttah Heydərovun, Zahid Orucun və başqa bir neçə tanınmışın adı çəkilir.

Adının çəkilməsini istəməyən YAP-çı deputatlardan birinin saytımıza verdiyi məlumatda da qeyd olunur ki, bitərəflərin-millət vəkili olanların hansının seçkilərə qatılacağı, hansının seçkilərdən qalacağı tam məlum olacaq.

“Vaxt getdikcə daralır. Ona görə bitərəflərlə bağlı məsələdə də aydınlıq əmələ gəlməlidir və bu yöndə də  artıq ilkin işartılar, siqnallar var. Sabah-biri gün, ən geci gələn həftənin əvvəllərində bu məsələ tamamlanacaq, kimlərin gedib-getmədiyi tam aydınlaşacaq. Bitərəflər arasında yeni simalar da olacaq”-deyə, YAP-çı deputat sözlərinə əlavə edib.

6 dəfə millət vəkili  bitərəf deputat Hacı Madər Musayevin də son anda seçkilərə qatıldığı məlum olub.

Belə ki, bəzi tanınmış YAP-çılar onun seçkilərə getməyəcəyini israrla bildirsələr də,  ancaq Hacı Madər son anda seçkilərə getməyə qərar verib.

Artıq onun imzatoplama kampaniyasına  başladığı da qeyd olunur.

Qeyd edək ki, Hacı Madər bu dəfə də seçkilərə 10 saylı Binəqədi III dairəsindən qatılıb.

Bununla yanaşı, bitərəflərdən Çingiz Qənizadənin də seçkilərə qatıldığı, üçüncü dəfə şansını sınamağa qərar verdiyi bildirilir.

4 və 5-cı çağırış parlamentin üzvü olan Ç. Qənizadənin yenə 80 saylı İmişli-Beyləqan dairəsindən namizədliyini irəli sürəcəyi gözlənilir…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button