Hacı Qalib haqqında deyilənlərə etiraz etdi

“Məgər mətbuat polisdir, məhkəmədir?!”

Keçmiş deputat Qalib Salahzadə avqustun 27-də mətbuat konfransı keçirərək onu torpaqlarını zəbt etməkdə ittiham edənlərə cavab verib.

Xural.com xəbər verir ki, sabiq deputat oxu.az-a deyib ki, Bilgəhdə Aslan Salahzadə küçəsi, döngə 21, ev 1 ünvanı yoxdur:

“Bu, artıq mənə qarşı vicdansızlıqdır. Mən onların mətbuata müraciətindən təəccübləndim. Kiminsə şikayəti varsa, polisə, prokurorluğa müraciət etməlidir. Vallah, mən bilmirəm ki, niyə mətbuata müraciət edirlər. Ölkədə qanun var, məhkəmələr var. Məgər mətbuat polisdir, məhkəmədir?! Mən hər il Həcc ziyarətində olan adamam. Hər il də Həcc ziyarətinə nə qədər adam yollayıram. Bu zamana qədər 500 adama yardım etmişəm, onlar da Həccə gedib. Görün, indi mənim barəmdə nələr yazırlar?!”

Dünən bir neçə şəxs İnsan Hüquqları üzrə Birgə İşçi Qrupa müraciət edərək eks-deputat Q.Salahzadənin Bilgəhdə onlara məxsus torpaqları zəbt etməsi iddiası ilə mətbuat konfransı keçirib.

Onlardan Seymur Quliyev bildirib ki, Qalib Salahzadə 2012-ci ildə onun özəl mülkiyyətində olan Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi ev 21 ünvanını zəbt edib. Həmin ünvanda yerləşən 2 və 3 mərtəbəli mülkləri dağıdıb. Bundan sonra Seymur Quliyev məhkəmələrə üz tutub, məhkəmələr onun xeyrinə qərar versələr də, Qalib Salahzadə bu gün də onun özəl mülkündən çıxmır, ərazini avtodayanacağa çevirməklə pul qazanır.

Seymur Quliyev bildirib ki, Qalib Salahzadə bu hərəkətlərə yol verərkən akademik Arif Paşayevin adını hallandırır:

“Təkcə mənim torpağımı deyil, 28 üzvü olan “Posat” kooperativinin Bilgəhdəki ərazisini də zəbt edib. Kooperativ üzvlərinə də, mənə də Arif müəllimin adını hallandırıb. Atamla, anamla, vəkilimizlə Arif müəllimin yanında olmuşuq. Qalibə tapşırıb ki, get, bu adamların problemini həll elə. Ona yanımızda çox ağır sözlər deyib. Həmin söhbətdən 3 il keçib. Bu gün Qalib ona verilən tapşırığı icra etməyib. Arif müəllimin qəbuluna düşə bilmirik. Onun sürücüsü Elman Qaliblə əlbir olub bizi Arif müəllimin qəbuluna buraxmır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button