Hacı Tahir Abbaszadə: “Azərbaycanda dövlət və din hər zaman vəhdət təşkil edib” – FOTO

Gəncədə Türkiyə Cümhuriyyəti Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərdə olub.

O bir sıra tədbirlərdə iştirak etməklə yanaşı İmamzadə Dini Kompleksini ziyarət edib. İmamzadənin Axundu Hacı Tahir Abbaszadə bildirib ki, Heydər Əliyevin uzaq görən siyasəti, onun layiqli davamçısı İlham Əliyevin həmin siyasəti beynəlxalq səviyyədə uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikası beynəlxalq səviyyədə inkişaf etmiş dövlətlər sırasında qabaqcıl yer tutub: “Azərbaycanda dövlət və din hər zaman vəhdət təşkil edib”.

Hacı Tahir Abbaszadə qonaqlara İmamzada kompleksinin yaranış tarixində və müasir dövrümüzdə yenidənqurulma və bərpasından danışıb. Onun sözlərinə görə, Kompleksin Prezident İlham Əliyev və I Vitse-prezident Mehriban Əliyevanın İmamzadəyə ziyarəti və bu ziyarətdən sonra kompleksin əsaslı şəkildə tikilməsi dindarlar tərəfindən təqdirlə qarşılanıb.

Qeyd edək ki, qonaqlar Gəncədə Ermənistanın Vətən müharibəsi dövründə raket atdığı ərazidə və Nizami Gəncəvi Məqbərə Kompleksində də (Qələbə parkı) olublar. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button