Hacı Tahir danışdı: “İmam Hüseynə və İlham Əliyevə dualar etmişəm”

Şeyxin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi daha ətraflı danışacağının anonsunu verdi

Bir müddətdir Gəncədə yerləşən “İmamzadə” ziyarətgahının mütəvəllisi və Şeyxin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbaszadə ilə Gəncənin icra hakimiyyətinin başçısı Elmar Vəliyevin arasında yaşanan gərginlik haqqında bütün media yazılar yazır, xəbərlər verirlər. Uzun müddətdir Hacı Tahir Abbaszadə mediadan yayınır və ona yönəldilən suallara cavab verəcəyini desə də, təəssüf ki, bunu hələ etməyib.

Xeyli cəhddən sonra Hacı Tahirdən qısa bir müsahibə ala bildik. Hacı Tahir yalnız Gəncədə baş verən builki Aşura tədbirindən danışdı və Gəncənin başçısı ilə arasında olan gərginlikdən heç bəhs etmədi. O haqda suallarımıza cavab vermək istəmədi.

 haci-tahir2

Sadəcə, bir şey dedi ki, mən heç bir şey etməmişəm, İmam Hüseyndən və prezident İlham Əliyevdən danışmışam. Görünən odur ki, Elmar Vəliyevin işi çətindir. O, bu suala cavab verməlidir, bütpərəst sözünü kimə deyib – İmam Hüseynə, yoxsa İlham Əliyevə?!

Amma maraqlıdır ki, Hacı Tahir müsahibəsinin sonunda anons xarakterli bir cümlə işlətdi və yaxın günlərdə daha geniş müsahibə verəcəyini dedi. Bu, onu göstərir ki, Hacı Tahirlə Elmar Vəliyevin arasında baş verən konflikt hələ yekunlaşmayıb, əksinə, davam edir.

haci-tahir1

Aldığımız məlumatlara görə, Hacı Tahir Şeyx Allahşükür Paşazadənin və ölkənin ali rəhbərliyinin reaksiyasını və məsələyə müdaxiləsini gözləyir. O, bu reaksiyalara görə cəmiyyətə müraciət etməyi planlaşdırır.

Məsələni diqqətdə saxlamağa çalışacağıq.

haci-tahir3

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button