Hacı Tahir Gəncə hadisələrindən danışacaq

Yer yerindən oynayacaq

 

Gəncə hadisələrinin ildönümü yaxınlaşır. Xural.com-un əldə etdiyi məlumatlara görə, ayın 11-də Gəncədə müəmmalı şəkildə qətl edilmiş polis zabitlərinin ildönümü qeyd ediləcək. 1 il boyunca sükut içərisində gözləyən və dəfələrlə müsahibə almaq istəsək də, bu və ya digər səbəblərlə müsahibə verməkdən imtina edən Gəncə İmamzadasının ruhanisi Hacı Tahir aldığımız məlumatlara görə ötən il baş verən hadisələr haqqında geniş açıqlama verəcək. Hacı Tahir 1 il bundan əvvəl Gəncədə baş verən hadisələr və onları törədən səbəblər haqqında danışacaq. Məlumatlar var ki, Hacı Tahir onlara göstərilən münasibətdən şikayətçidir.

Hadisələrdən bir neçə dəqiqə əvvəl qətl edilən polislər

Onun uzun illər Gəncəyə rəhbərlik etmiş və ötənilki hadisələrin əsas səbəbkarı kimi göstərilən sabiq icra başçısı Elmar Vəliyevlə kəskin münasibətlərdə olduğu ictimaiyyətə məlumdur. Hacı Tahirin Gəncə hadisələrində şəhid olan qardaşının da bu hesablaşmalar nəticəsində dünyasını dəyişdiyini deyənlər var. Hacı Tahir danışsa, bütün bu gizlinlərə aydınlıq gələcəyi şübhəsizdir.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button