Hacıqabulda dəhşətli qətliam: silahlı basqında 5 nəfər öldürülüb – 4-ü bir ailədəndir – Video

Hacıqabulda naməlum şəxslər yaşayış evinə silahlı basqın edib.

APA-nın məlumatına görə, hadisə Bayram İbrahimov küçəsində qeydə alınıb.

Evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.

Hadisəni törədən Mübariz Mehdiyevin isə polis tərəfindən zərərsizləşdirildiyi bildirilir. İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə Qəmbərovlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib. Buna görə də M. Mehdiyev evə hücum edərək, Qəmbərovları güllələyib.

M. Mehdiyevi hadisə yerinə  gələn polislərin zərərsizləşdirdiyi bildirilir.

Ailə üzvlərindən biri-Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Silahlı basqın nəticəsində ölən şəxslər bunlardır:
1988-ci il təvəllüdlü Namiq Nazim oğlu Qəmbərov;
1953-cü il təvəllüdlü Nazim Əliağa oğlu Qəmbərov;
1962-ci il təvəllüdlü Gülbağda Eynulla qızı Qəmbərova;
1958-ci il təvəllüdlü Bibilər Malik qızı Qəmbərova;
1971-ci il təvəllüdlü Mübariz Qibləli oğlu Mehdiyev (evə silahlı basqın edən şəxs).
Yaralanan:
1947-ci il təvəllüdlü Məmməd Əliağa oğlu Qəmbərov.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button