Hakan Fidan Türkiyənin XİN başçısı kimi vəzifəsinin icrasına başlayıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 5-dən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Bu barədə Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun tviter səhifəsində bildirilib.

Məlumata görə, iyunun 5-də Türkiyənin Xarici İşləri Nazirliyində Mövlud Çavuşoğlunun vəzifəsini təhvil-təslim mərasimi olub.

Qeyd edək ki, Hakan Fidan bundan əvvəl Türkiyənin Milli Kəşfiyyat Təşkilatına (MİT) başçılıq edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button