Hakim Əziz Orucovun əleyhinə qərar verdi-TƏZYİQ

Dünən Kanal13-ün rəhbəri Əziz Orucovun şərti məhkumluğunun ləğv olunması üçün məhkəməyə etdiyi müraciətinə baxılıb. İşə baxan hakim Şəlalə Akif qızı Həsənova hər zamankı kimi Əziz Orucovun əleyhinə qərar çıxarıb. Məhkəmədən sonra Əziz bəyin həyat yoldaşı Lamiyə Orucova özünə məxsus olan facebook səhifəsində bununla bağlı status yazıb. Xural.com Lamiyə Orucovanın yazdığı statusu təqdim edir: 

“Kanal 13 rəhbəri və təsisçisi Əziz Orucovun şərti məhkumluğunun ləğv olunması üçün məhkəməyə etdiyi müraciətinə dünən nəhayət ki, baxıldı. 3 dəfə məhkəmə prosesini ləğv edən hakim Şəlalə Həsənova ona göndərilən sifarişli qərarı oxudu və Əziz Orucovun şərti məhkumluğunu ləğv etmədi. Şərəfini, ləyaqətini, cübbəsini pula satan hakimdən başqa qərar çıxa da bilməzdi. Bu Şəlalə həmin hakimdir ki, 2017-ci ildə bütün sübutlar prosesi Əziz Orucovun xeyrinə həll etdiyi halda 30 sutka həbs verdi. 30 sutkanın davamı olaraq Əziz Orucova Ağır Cinayətlər Məhkəməsi 6 il hökm oxudu və Əziz 1 il həbsdə qaldı. Bugünkü məhkəmədə isə TƏRBİYƏSİZ, DANIŞIĞINI bilməyən prokuror Malışov deyib ki, Əziz Orucov təqsirini boynuna almır və bu 1 il 6 ayda tərbiyələnmədiyi üçün onun şərti azadlığını ləğv etmək olmaz. Ay “MALIŞ”ov, sən hansı təqsirdən danışırsan? Bu ölkədə azad media uğrunda mübarizə aparmaq, minlərlə insana ümid qapısı olmaq, yüzlərlə insanın problemlərini işıqlandıraraq yardımçı olmaq təqsirdirsə, Əziz Orucov bunu inkar etmir ki və təqsirini də boynuna alır. Bu əməllərindən çəkinib islah olunmayacaq da. Nə O, nə də BİZ – KANAL 13 AİLƏSİ! Qaldı tərbiyə məsələsinə, tərbiyəsizin yekəsi sənsən ki, o cür ifadə işlədirsən. Əziz Orucova tərbiyə verən valideynlər minlələ, on minlərlə şagirdə tərbiyə, savad verərək cəmiyyətə tövhə verib.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button