Hakim Zeynal Ağayev jurnalistləri məhkəmədən qovdu-SKANDAL

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin oktyabr-noyabr aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
VETENUGRUNDA.AZ-ın verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elman Ağayev ifadə verib.
Məhkəmə başlasa da hakim Zeynal Ağayevin mikrafonu işləmədi. Təqsirləndirilən şəxslər və onların vəkilləri bu barədə iradlarını bildirdikdən sonra texniki işçilər bu problemi həll etməyə çalışdılar.
Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elman Ağayevin səsinin eşidilməməsini həm zalda oturanlar, həm təqsirləndirilən şəxslər, həm də jurnalistlər dəfələrlə hakimin diqqətinə çatdırsalar da tədbir görülməyib. Texniki problemləri aradan qaldırmaq əvəzinə hakim Zeynal Ağayev “Vetenugrunda.az” saytının müxbiri Arzu Abdullanın zaldan çıxaılmasını tələb edib. Səbəb isə jurnalistin şahid qismində iştirak edən Elman Ağayevin səsinin eşidilmədiyini hakimin diqqətinə çatdırması olub. 
Hakimin jurnalistə qarşı kobud rəftarına “Vetenugrunda.az” saytının baş redaktoru Rövşən Əhmədli etiraz edəndə hakim Rövşən Əhmədlinin barəsində tədbir görülməsi barədə xüsusi qərardad çıxarıb, həmin qərarın icra edilməsi üçün Mətbuat Şurasına göndəriləcəyini bildirib və onun zaldam çıxarılmasını tələb edib.
Bu zaman təqsirləndirilən şəxslər etiraz ediblər.
Hər iki jurnalistin zaldan çıxarılmasına təqsirləndirilən şəxslər etiraz ediblər, onlar medianın posesdə iştirakını tələb ediblər, əks halda prosesin təxirə salınmasını istəyiblər.

Hacı Zülfüqar Mikayılzadə hakimə bunun məqsədli şəkildə edildiyini bildirdi və qeyd etdi ki, jurnalistlər zala qaytarılmasa, məhkəmə olmayacaq.
Jurnalistlərin zala qaytarılmadan keçirilən məhkəməyə etiraz olaraq, Hacı Zülfüqar, Seyyid Elman üzlərini divara çevirib, əllərini qaldırıb, ard-arda, uca səslə zalımların məhvinə dualar oxumağa və hamını ucadan Amin deməyə çağırdılar.
Zalı Alimlərin “İlahi, zalımları məhvi-nabud elə, Amin” səsləri bürüdü.
Hakim zalı tərk etməyə məcbur oldu.
Məhkəmə 8 may, saat 11:00-a təxirə salındı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button