Hakimiyyət Əvəz Zeynallıya qarşı yeni tuzaq qurur

Vergilər Nazirliyi “Xural”ı yoxlayacaq

Hakimiyyət Əvəz Zeynallıya  qarşı yeni təzyiq forması tapıb. Indidə qəzetimizi Vergilər Nazirliyi yoxlayacaq. Bu gün özünü Vergilər Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxs  “Xural” qəzetinin direktoru Nizami Həsənliyə zəng edib: “Özünü Şahin kimi təqdim edən şəxs bildirdi ki, Vergilər Nazirliyi “Xural” qəzetinin 2009-2011-ci illər ərzində fəaliyyətini yoxlayacaq. Şahin müəllim qərarın Vergilər Nazirliyi tərəfindən verildiyini qeyd etsə də  sonradan bildirdi ki, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqi ondan tələb edir ki, yoxlama beş gün müddətinə başa çatmalıdır ” .  N. Həsənli onu da bildirdi ki, qəzetin əmlakı məhkəmə icraçıları, rəsmi sənədlər isə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən müsadirə edilib: “Redaksiyanın yerləşdiyi ofisdən bizi çıxarıblar. Sənədlərimiz isə müsadirə edilib. İndi hansı sənədlər əsasında yoxlama aparacaqları bizə məlum deyil”.

Qeyd edək ki, qəzetimizin baş redaktoru Əvəz Zeynallı  28 oktyabr 2011-ci il tarixində  Milli Məclisin deputatı Gülər Əhmədovanın əsasız şikayəti əsasında  Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib. Mətbəələrə “Xural” qəzetinin çap etməmək barədə qeyri rəsmi göstəriş verilib. Bu səbəbdən qəzet nəşrini dayandırıb. Qəzetin kollektivi “ASİ” qəzetinin nəşrinə başlamaq zorunda qalıb. Lakin hakimiyyət “ASİ” qəzetinin də çapına imkan vermir. “Xural” qəzetinin kollektivi hesab edir ki, yoxlama Ə. Zeynallıya qarşı növbəti təzyiqdir.

Əfqan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button