Müxalifətin mitinq keçirdiyi Bakı şəhəri, Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) və ətraf ərazidə əsaslı təmir və tikinti işləri başlanıb.
Xural.com strateq.az-a istinadən xəbər verir ki, bu barədə Yasamal Rayon İcra Hakimiyyəti məlumat yayıb.
İcra Hakimiyyəti bildirib ki, Yasamal rayonunun mərkəzində yerləşən və son illər ərzində təmirsiz qalan azsaylı idman məkanlarından biri olan bu stadion artıq uzun illərdir əsaslı təmir aparılmaması, baxımsız qalması səbəbindən pis vəziyyətə düşüb: “Buna görə burada hər hansı idman tədbirlərin keçirilməsi mümkünsüz olub, stadion gecə saatlarında tüfeyli həyat tərzi keçirən şəxslərin yığılma yerinə çevrilib və bu da ətraf binalarda yaşayan sakinlərin narazılığına səbəb olub.
Sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, həmçinin stadionun müxtəlif idman yarışları üçün yararlı vəziyyətə salmaq, burada idman qurğularını, ot örtüyünü yeniləmək məqsədi ilə Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) əsaslı təmir işlərinə başlanıb”.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda yekun nitqi söyləyib. Prezident İlham Əliyevin yekun nitqi -Sağ olun. Partiyamızın rəhbər…
Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin birinci müavini təyin edilib. Bununla bağlı YAP sədri İlham Əliyev sərəncam imzalayıb.…
Ermənistanda baş nazir Nikol Paşinyanla silahlı qüvvələrin (daha doğrusu onun qalıqlarının) Baş qərargah rəisi, general Onik Qasparyan arasında indiki qarşıdurmadan…
Prezident İlham Əliyev bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayındakı yekun çıxışı zamanı ölkədə siyasi diaqloqun dərinləşdirilməsi zərurətindən danışıb. Eyni…
İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları,…
Prezident İlham Əliyev bu gün YAP-ın qurultayındakı yekun çıxışı zamanı bir daha Qarabağın azad edilməsi ilə nəticələnmiş qələbəyə toxunub. Və…