Hakimiyyət “ASİ”-“Xural”ın dərcindən narahat oldugunu bir daha göstərdi

08.12.2011

“Xural” qəzetinin kollektivinin nəşr etdirdiyi “ASİ” – “Azad Söz İnqilabçıları” qəzetinin çapına qeyri-rəsmi qadağa qoyulub. Bu barədə qəzetin kollektivi adından açıqlama yayılıb.

 

“Bu gün qəzeti çap edən “E.Q” mətbəəsinin Akif adlı sahibi qəzetimizin direktoru Nizami Həsənova zəng edərək “ASİ” qəzetinin çap etməyəcəklərini bildirib. Sahibkar çapdan imtinanın səbəblərinə aydınlıq gətirməyib. “ASİ” qəzetinin kollektivi olaraq bildiririk ki, bizim mətbəə ilə rəsmi müqaviləmiz var. Lakin mətbəənin sahibi müqaviləni bitərəfi qaydada heç bir əsas göstərmədən pozdu . Hesab edirik ki, “ASİ” qəzetinin çapına qoyulan qadağa “Xural” qəzetinin kollektivinə edilən təzyiqlərin tərkib hissəsidir” – deyə müraciətdə bildirilir.

Qeyd edək ki, dekabrın 4-dən “Xural” qəzetinin kollektivi “Asi” (Azad Söz İnqilabçıları) qəzetinin nəşr etdirmişdi.

Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button