Hakimiyyət Qarabağın azad edilməsi tələbilə mitinqə icazə verib

Sentyabrın 29-da Yasamal rayonunda “Məhsul” stadionunda işğal edilmiş ərazilərin azad edilməsi məqsədilə silahlı mübarizə yoluna tərəfdar olan müxalifətçi qüvvələrin mitinqi keçiriləcək.

Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı Turan-a bildirib ki, mitinq saat 15:00-da başlayacaq və iki saat davam edəcək.

“Aksiyanın əsas şüarı “Qarabağa azadlıqdır”, – A.Nağı qeyd edib.

Xatırladaq ki, bundan öncə bir qrup ictimai xadim və müxalifətçi siyasətçilər “dəyirmi masa” keçirərək RF prezidenti Vladimir Putinin Bakıya səfərinə etiraz etmişdilər.

Tədbirin yekunlarına əsasən qəbul edilən bəyanatda Azərbaycanın KTMT-yə daxil olmasına dair təkliflər pislənilib, Rusiya isə postsovet məkanını öz nəzarətinə götürmək cəhdində ittiham olunub.

Azərbaycanın Xəzəryanı dövlətlərin əməkdaşlığı formatına cəlb edilməsi müxalifətçilər tərəfindən ölkənin öz suveren xarici siyasətindən imtina etməsi kimi qarşılanır.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button