Hakimiyyət televiziyalara xüsusi tapşırıq verıb

Xəbər verdiyimiz kimi, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edildi. İctimai marağı nəzərə almayan yerli elektron KİV bu barədə bir cümlə belə yayımlamadı. Azərbaycan vətəndaşlarının ödədiyi vergilər əsasında formalaşan İctimai televiziya, həmişə “vicdanlı, qərərsiz” xəbər verdiklərini iddia edən “ANS” televiziyası gündəlik fəalliyət göstərən bir qəzetin baş redaktorunun həbsinə – günün ən əsas xəbərinə yer verməyi “unutdu”. Əldə etdiyimiz məlumata görə bütün televizilalara PA tərəfindən xüsusi göstəriş verilib. Həmin göstərişə əsasən, Əvəz Zeynallı və “Xural” qəzeti ilə bağlı bütün informasiyalar birtərəfli və PA-nin rəhbəri Ramiz Mehdiyevin maraqlarına uyğün şəkildə yayımlanmalıdır.

Gülər Əhmədova isə bir müddət əvvəl “Xural” qəzeti və Əvəz Zeynallı ilə bağlı verdiyi bəyanatları “Mərkəz”in saytından sildirir. Onun sahibəsi olduğu “Mərkəz” İnformasiya Agentliyində “Xural” qəzeti ilə bağlı bütün məlumatların saytdan çıxarılması ictimaiyyətin fikrini qarışdırmağa xidmət göstərir. Belə ki, agentliyin rəsmi internet səhifəsində “Gülər Əhmədovanın iddiası əsasında Əvəz Zeynallı həbs olunub” başlıqlı yazı Google.az saytında yer tutsa da, çağırış zamanı həmin məlumatı əldə etmək mümkün olmayıb, yəni əvvəl yerləşdirilmiş xəbər saytdan silinib. Mütəxəssislərin fikrincə, məqalə sifarişli şəkildə yığışdırılıb. Çünki, hakimiyyət Əvəz Zeynallının həbsində onun haqsız olduğunu sübut etmək üçün bütün çirkin vasitələrdən istifadə etməyə başlayıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button