Rubrikalar: GÜNDƏM XuralTAC

Hamam xalatı satdıran məşhur məmuru ukraynalı Svetlana ilə nə bağlayır?

Avropada hamam xalatı satdıran Azərbaycanın məşhur məmuru ilə bağlı yeni məlumatlar üzə çıxıb. Xural.com criminal.az saytına istinadən xəbər verir ki, söhbət Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlidən gedir.
Avropada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır ki, ukraynalı xanım Svitlana Palamarchuk Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin Slovakiya və Ukraynadakı şirkətlərinin meneceri və kompanyonudur: “Qoşqar Təhməzli hər iki ölkədə hamam tekstili və aksessuarları satan “Saffran”ın 20 faizini onun adına rəsmiləşdirib. Adam ciddi vəzifə tutur, ölkənin ərzaq təhlükəsizliyi ona həvalə olunub”.
Qoşqar Təhməzli
Oxucuların yadına salaq ki, C.Həsənli bir müddət əvvəl Q.Təhməzlinin Avropa biznesi ilə bağlı təkzibolunmaz sənədlər ortaya çıxarmışdı. Məlum olmuşdu ki, 2018-ci ilin yanvarından fəaliyyətə başlamış Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri cənab Qoşqar Təhməzli Slovakiya və Ukraynada hamam xalatları aksesuarları satır.
Svitlana Palamarchuk
Həmin sənədlər üzə çıxandan sonra Qoşqar Təhməzli xarici ölkələrdə biznes şəbəkəsinin olması ilə bağlı məlumatlara aydınlıq gətirib. Təhməzli mətbuata açıqlamasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə yazılanlarda hər hansı bir problem görmədiyini deyib:
Svitlana Palamarchuk
“Mən cənab Prezidentin fərmanı ilə bu vəzifəyə təyin olunmuşam. Bu vəzifəyə təyin olunmamışdan 15 il öncə isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Mən beynəlxalq bizneslə məşğulam. Özüm də ixtisasca həkiməm. Nəinki sadalanan ölkələrdə, digər ölkələrdə də tibbi innovasiyalarla, tibbi layihələrin tətbiqi ilə, tibbi sektorda müəssisələrin qurulması ilə, labarotoriyaların təchiz olunması ilə, lal-kar uşaqların reabilitasiya məsələləri ilə məşğul olmuşam, o cümlədən də Avropada. Bu barədə də rəsmi məlumatlar gedib. Mən 2017-ci ilə qədər iş adamı olmuşam, bununla da fəxr edirəm. Dünyanın bir sıra ölkələrində iri şirkətlərin təmsilçisi olmuşam. İş adamı olmaq qəbahətdir? Eyni zamanda Qarabağ müharibəsi veteranıyam. Qarabağda sağlamlığını itirmiş qardaşlarımızın reabilitasiyasına kömək etmişəm. Bu işlərdə bir qəbahət varmı? Mənim təyinatım olanda rəsmi məlumat getmişdi ki, illərdir özəl bizneslə məşğul olmuşam. Mən fəxr edirəm ki, öz əməyim və zəhmətimlə biznes sahəsində, tibbi sahələrdə öz işimi qurmuşam”.

Paylaş:

Share

Son Əlavələr

  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əvəz Zeynallı Əli Kərimlini döyənlərdən yazdı

19 oktyabrda baş verən mitinqdə AXCP sədri Əli Kərimlinin polis tərəflərindən vəhşicəsinə döyülməsi ictimaiyyətdə geniş rezonans doğurub. Ölkə ictimaiyyətinin əksəriyyəti…

21 Oktyabr 2019 7:42 axşam
  • DÜNYA
  • XuralTAC

İspaniya diktatoru Frankonun nəşi yenidən müayinə olunacaq

İspaniyanın sabiq rəhbəri, general Fransisko Frankonun nəşi oktyabrın 24-də yenidən müayinə olunacaq. Xural.com DW xəbərə istinadən verir ki, hazırda Madrid yaxınlığındakı…

21 Oktyabr 2019 7:22 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olundular-SƏRƏNCAM

Baş nazirin iki müavini - Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olunublar. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan…

21 Oktyabr 2019 7:17 axşam
  • GÜNDƏM
  • XuralTAC

Röya xalq artisti oldu

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının estrada ifaçılarına "Xalq artisti” fəxri adının verilməsi haqqında" sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, sərəncamla…

21 Oktyabr 2019 7:15 axşam
  • GÜNDƏM
  • XuralTAC

Ankaradan Əliyev hakimiyyətinə sərt təpki: “Xalqın səsini eşidin”

“Ölkəni yaşanmaz bir həbsxanaya çevirmək, Azərbaycanı idarə edənlər üçün bir üz qarasıdır” Məhəmməd Əmin Rəsulzadənin silahdaşı, Türkiyədə fəaliyyət göstərən Azərbaycan…

21 Oktyabr 2019 5:18 axşam
  • SİYASƏT
  • XuralTAC

Liberallar polis zorakılığına qarşı bəyanat verdilər

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev sədr aparatının iclasını keçirib. Partiyanın mətbuat xidmətindən xural.com-a verilən məlumata görə, iclasda…

21 Oktyabr 2019 5:09 axşam
Xural.COM