Hamlet İsaxanlı həyat yoldaşını itirdi

Xəzər Universitetinin və Dünya Məktəbinin həmtəsisçisi idi...

Xəzər Universitetinin və Dünya Məktəbinin həmtəsisçisi Nailə İsayeva vəfat edib.

Bu barədə “Qafqazinfo”ya Xəzər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əlövsət Əmirbəyli məlumat verib.

Onun sözlərinə görə, N.İsayeva uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Təxminən 20 gün öncə əməliyyat olunsa da, sonradan vəziyyəti pisləşib və bu gün səhərə yaxın vəfat edib.

74 yaşlı N.İsayeva Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlının həyat yoldaşı idi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button