Hande Harmancı: “Azərbaycanda hər il həyatını xilas edə biləcəyimiz 24 min insan hipertoniyadan ölür”

“Azərbaycanda hər il hipertoniyadan ölməyə biləcək 24 min insan ölür”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı belə deyib.

O bildirib ki, düzgün müalicə olsalar, onlar ölməyə bilər və bunlar gənc yaşda ölən insanlardır: “Hər il təkcə heportoniya xəstəliyi iqtisadiyyatda 600 milyon manat itkiyə səbəb olur. Şamaxıda 19 min hipertoniya xəstəsi var. Xəstə olduğu bilən, müalicə olunan 2400 xəstə var. Digərləri ölüm riskinə aiddir”.

Qeyd edək ki, Azərbaycanda bu xəstəlikdən hər 100 min nəfərə düşən ölüm nisbəti 7,41, Türkiyədə 15,83, Rusiyada 7,72, İranda 37,49, Gürcüstanda 33,95, Ermənistanda isə 10,50-dir.

Yüksək qan təzyiqi qəfil ölümlərə səbəb olur. Öncəki 10 illə müqayisədə bu gün dünya əhalisinin ən çox əziyyət çəkdiyi xəstəliklərdən biri məhz yüksək qan təzyiqidir. Xüsusən də son bir ildə koronavirus epidemiyasının geniş yayılması, insanların daha çox zamanını qapalı mühitdə keçirməsi, oturaq həyata daha çox meyillənmələri yüksək təzyiqdən əziyyət çəkənlərin sayını artırıb.

“National Library of Medicine”in məlumatına görə, hər il bu xəstəlikdən dünyasını dəyişənlərin sayı 7,6 milyondur. Rəsmi statistikaya görə, bu gün dünyada hər 10 nəfərdən 3-ü hipertoniyadan əziyyət çəkir. Bu xəstəliyin aşağı və orta gəlirli ölkələrdə xüsusən böyük bəlaya çevrildiyi qeyd olunur.

xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button