“Hansı jurnalist mükafat aldıqdan sonra əvvəlki mövqeyində qalıb?”

 

Son zamanlar Azərbaycanda hökumət tərəfindən jurnalistlərə xüsusi münasibət sərgilənməkdədir. İqtidar, qələm əhlinə evdən tutmuş, fəxri adlara qədər verdiyi mükafatlar cəmiyyət arasında birmənalı qarşılanmır. Bəs jurnalistlərə verilən bu mükafatlar onların obyektiv qalmasına təsir etməyəcək ki?
Moderator.az – a açıqlama verən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bu addımı doğru hesab etmədiyini bildirib:
“Mən hər zaman birmənalı olaraq bildirmişəm ki, jurnalisti təltiflə, hədiyyə və orden-medalla ələ almaq olmaz. İndi də o fikirdə qalıram. Bu təltif bombardmanı daim dövlət tərəfindən qayğı jurnalistikanı çıxılmaz duruma gətirdi.
Təltif alan, mükafat alan hansısa iriçaplı məmurla, ya da dövlət başçısı ilə dost olmaq istəyən, ya da olan jurnalist heç bir zaman dostu haqda mənfi şey yazmayacaq.
Qısası, bu mükafat bumu azad və müstəqil jurnalistikanın sonunu gətirir. Hansı jurnalist mükafat aldıqdan sonra əvvəlki mövqeyində qalıb?
 Siz mənə mükafat alan bir jurnalist göstərə bilməzsiniz ki, mükafatlandırıldıqdan sonra gördüyü həqiqətləri yaza bilsin.
Hamısı prezidentə təşəkkür edir, guya ki, onun buna ehtiyacı var. Bu da onu göstərir ki, məsələ ciddi jurnalistika məsələsi deyil.”
xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button