Hava proqnozu – 12 may

hava1Azərbaycanda qeyri-sabit hava şəraiti bir neçə gün davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTACa verilən məlumata görə, mayın 12-dəBakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində, əsasən, yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 18-23° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında şimşək çaxacaq, arabir yağış yağacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 21-26° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacaq, arabir yağış yağacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 8-13° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında,əsasən, gecə və axşam saatlarında şimşək çaxacaq, arabir yağış yağacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 17-22° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında şimşək çaxacaq, arabir yağış yağacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 14-19° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında, əsasən, gecə və axşam saatlarında şimşək çaxacaq, arabir yağış yağacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 21-26° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında, əsasən, gecə və axşam saatlarında şimşək çaxacaq, arabir yağış yağacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15°, gündüz 20-24°, dağlarda gecə 6-10°, gündüz 11-16° isti olacağı gözlənilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button