Hava proqnozu-13 iyul

İlk iş günü hava necə olacaq?

İyulun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal edilir.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 20-25°, gündüz 26-31° isti olacaq.   Dəniz suyunun temperaturu Abşeron çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, Sahildə 25-26° isti təşkil edəcək.   Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz 34-39° isti olacağı gözlənilir.   Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19° isti, gündüz 24-29° isti olacağı gözlənilir.   Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-37° isti olacaq.   Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz 30-35° isti olacağı gözlənilir.   Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gün ərzində əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26° isti, gündüz 33-38° isti olacağı ehtimal edilir.   Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.   Havanın temperaturu gecə 24-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button