Hava proqnozu – 15 may

hava1Mayın 15-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağıntı gündüz tədricən kəsiləcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağıntı gündüz tədricən kəsiləcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 12-15° isti, gündüz 18-22° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button