Hava proqnozu-5 iyul

Bakıda müşahidə olunan güclü şimal küləyi iyulun 5-dən mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyulun 5-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək.
Paytaxtda havanın temperaturunun gecə 20-25, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın bölgələrində iyulun 5-də hava, əsasən, yağmursuz olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 22-27, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 25-30 isti olacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button