Hava proqnozu-9 iyun

hava7İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Şıx və Sahildə 22-23° isti təşkil edəcək.
İyunun 9-dan 11-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, günorta saatlarında isti diskomfort şərait bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
 
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı ehtimal olunur. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 31-36° isti olacağı gözlənilir.
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 21-26° isti olacağı gözlənilir.
 
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Gündüz arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 29-34° isti olacağı gözlənilir.
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
 
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gündüz arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 31-36° isti olacağı gözlənilir.
 
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-22° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 22-27° isti olacağı gözlənilir. (Azərtac)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button