“Heç olmasa çalışaq ki, insanlar vaxtından əvvəl ölməsinlər”

Azərbaycanda səhiyyənin vəziyyəti ilə bağlı müzakirə deputatla komitə sədri fikir ayrılığna səbəb oldu

Milli Məclisin iclasdında çıxış edən Fazil Mustafa Azərbaycanda səhiyyənin keyfiyyəti aşağı olduğunu deyib. Bizimyol.info xəbər verir ki o, tibbi təhlisin də qənaətbəxş olmadığını bildirib. O vurğulayıb ki, Azərbaycan alternativ tibb universitetinin açılması üçün Türkiyəyə müraciət etməlidir”.

Fazil Mustafa tibb sahəsində də rəqabət mühitinin yaradılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, rəqabət olmadığı halda, keyfiyyətli tibb xidməti mümkün deyil. “Məcburi tibbi sığorta bütün Azərbaycan üçün tətbiq olunmalıdır. Kimin imkanı var Türkiyəyə, kimi də Avropaya gedir. İmkansızlar İrana gedirdi, orda da qiymətləri bahalaşdırdılar. İndi imkansızlar pulsuzluqdan sakitcə evində oturub öləcək. Heç olmasa çalışaq ki, insanlar vaxtından əvvəl ölməsinlər. Onsuz da onkoloji xəstəliklər baş alıb gedir. Pilot layihə hara qədər davam edəcək? Biz bu pilotla nə qədər uçacağıq? Türkiyə, başqa dövlətlər icbari tibbi sığortaya keçib, biz niyə tətbiq etməyək?”
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov həmkarının fikirlərinə sərt reaksiya verib. “Əgər hansısa fikri səsləndirisinizsə, bunu əsaslandırmağa çalışın. Tibb Universitetinin həm kadr bazası, həm maddi-texniki bazası günbəgün artır. Bilmədiyinizi deməyin, yniversitetdə alternativ təhsil də var. Bir dəfə Tibb Universitetinə gedin, görərsiniz ki, səviyyə necədir. Bu gün Türkiyədən gələn mütəxəssislər bizim Tibb Universitetinin maddi-texniki bazasına həsədlə baxırlar. Xahiş edirəm, bilmədiyiniz şeyləri deməyin!”
Tibbi sığortaya keçidlə bağlı məsələyə toxunan Ə.Əmiraslanov deyib ki, artıq üçüncü rayon da pilot layihəyə daxil edilib: “Mingəçevir və Yevlaxla yanaşı, artıq Ağdaş rayonunda da tibbi sığorta tətbiq edilir. Fikir versəniz ki, dünya ölkələri neçə ildə icbari tibbi sığortaya keçib, onda bilərsiniz ki, bir-iki ilə tibbi sığortaya keçmək heç də gec deyil. Mən əminəm ki, yaxın illərdə ölkəmiz tam icbari tibbi sığortaya keçəcək” – deyə Ə.Əmiraslanov bildirib.(bizimyol.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button