Helsinki Komissiyası: “Gürcü arzusu” xalqın qərbyönlü əhval-ruhiyyəsindən yan keçir

Yayımlandı: 4 Oktyabr 2024 16:22

Təşkilat bəyanatında Ermənistan və Azərbaycandan da söz açıb

Helsinki Komissiyası “X” sosial şəbəkəsində Gürcüstandakı vəziyyətlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “”Gürcü Arzusu” hökuməti Rusiyaya və qeyri-liberal istiqamətə yönəlib, görünür, xalqının qərbyönlü əhval-ruhiyyəsinə məhəl qoymayıb”.

“Tarixən Rusiyanın ən yaxın müttəfiqlərindən biri olan Ermənistan Moskvadan uzaqlaşır. Eyni zamanda, Azərbaycan Rusiya ilə əlaqələri gücləndirir və bunu NATO üzvü Türkiyə və Avropa İttifaqı ilə əməkdaşlıq, uzunmüddətli əlaqələrlə balanslaşdırır. Bu arada “Gürcü Arzusu” hökumətinin Rusiyayönlü və qeyri-liberal oriyentasiyası ilə xalqının qərbyönlü əhval-ruhiyyəsindən yan keçdiyi görünür. Rusiyayönlü mövqeyə doğru bu dönüş ciddi narahatlıq doğurur”, – bəyanatda deyilir.

Helsinki Komissiyasının bəyanatında həmçinin qeyd olunub ki, Birləşmiş Ştatlar Qafqaza ikitərəfli yanaşmalı, “demokratik geri çəkilməyə görə məsuliyyəti gücləndirməli və Qərb institutları ilə daha dərin və güclü inteqrasiya mexanizmlərini təmin etməlidir”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button