“Heydər Əliyevə sadiq olmuşam” – Ziya Məmmədov

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı fikirlərini bölüşüb.
Z.Məmmədov Qaynarinfo.Az-a açıqlamasında bildirib ki, ulu öndər Heydər Əliyev dünyada böyük nüfuz qazanmış dahi şəxsiyyətdir:
“Mən çox xoşbəxtəm ki, onun rəhbərliyi altında çalışmışam. Hər zaman ulu öndər Heydər Əliyevin siyasətinə sadiq olmuşam və bundan sonra da belə olacaq. Ulu öndər Heydər Əliyevə Allahdan rəhmət diləyirəm, onun siyasi varisi olan möhtərəm Prezidentimizə isə can sağlığı arzu edirəm”.
Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button