Rubrikalar: GÜNDƏM XuralTAC

Heydər Əsədov: “Mən özüm iki dəfə prokurorluğa müraciət etdim”

“Aqrolizinq” ASC-də aparılan yoxlamaların materialları borcların 2006-cı ildən bu günə qədər yarandığını göstərir. Ancaq söhbət korrupsiya və mənimsəmə barədə deyil, fermerlərin və şirkətlərin ASC-dən aldıqları borcların qaytarılması ilə bağlıdır”.

Bu sözləri virtualaz.org-a Kənd Təsərrüfatı Nazirliyinin keçmiş rəhbəri Heydər Əsədov “Aqrolizinq”də aparılan yoxlamaların nəticələrini şərh edərkən deyib.

“Bu borcların yaranmasına gəlincə, çalışdığım dövrdə texnoloji avadanlıqlar ümumiyyətlə alınmayıb. Texnoloji avadanlıqlar üzrə bütün borclar əvvəlki vaxtda verilib. Bəli, nazirliyə rəhbərlik etdiyim müddətdə heyvanların alınması ilə əlaqədar müəyyən borclar yaranmışdı. Onların geri qayıtması normal bir prosedurdur. Vaxtı keçmiş borcların qaytarılmasını sürətləndirməyə gəlincə, mən özüm bu məsələ ilə bağlı iki dəfə prokurorluğa müraciət etdim. Bütün müvafiq sənədlər var və Maliyyə Nazirliyi bunu təsdiqləyəcək. Müraciətlərimdə bu kimi borcluların ödənişləri gecikdirdiyini qeyd etdim”, – eks-nazir əlavə edib.

Heydər Əsədov bir daha vurğulayıb ki, söhbət korrupsiya və mənimsəmədən getmir.

“Söhbət fermerlərin aldıqları borcları qaytarmaqdan gedir. Texnoloji avadanlıqların alınmasından yaranan borclara gəldikdə isə, bir daha təkrar edirəm ki, bunlar mənim dövrümə aid deyil”, – H. Əsədov qeyd edib.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanda daha 63 nəfər koronavirus infeksiyasına yoluxub

Azərbaycan Respublikasında 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 14 nəfərin vəziyyəti…

6 Aprel 2020
  • DÜNYA
  • GÜNDƏM
  • XuralTAC

Türkiyədə koronavirusdan ölənlərin sayı 574 nəfərə çatıb

Türkiyədə yenı növ koronovirusdan (COVID-19) bu gün daha 73 nəfər ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə…

6 Aprel 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Koronavirusa qarşı ən ümidverici vaksin hazırdır, amma…

"The Independent" qəzeti yazır ki, ABŞ alimləri COVID-19 virusuna qarşı mübarizədə səmərəli ola biləcək yeni vaksin üzərində işləyirlər. Ekspert rəylərinə…

6 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Fəzail Ağamalını Türkiyədə soydular: həbs edildi…

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Türkiyədə insidentlə üzləşib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri yazıb.…

5 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanda 2 nəfər koronavirusdan vəfat etdi

Azərbaycan Respublikasında kpronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib. Xural.com Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahına istinadən məlumat verir…

5 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Jurnalistlər şəxsi avtomobillərindən istifadə edə bilərlər, ancaq şəxsi məqsədləri üçün yox…

Koronovirusla bağlı ölkədə tətbiq olunan xüsusi karantin rejimində hərəkətinə icazə verilən kateqoriyalardan biri də Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarıdır. Hazırda KİV…

5 Aprel 2020
Xural.COM