Heydər Əsədov rektor təyin edildi
Prezident İlham Əliyev Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Virtualaz.org bildirir ki, sərəncama əsasən, Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.
Xatırladaq ki, H.Əsədov 2013-ci il oktyabrın 22-dən 2018-ci il aprelin 21-dək Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri olub.