Rubrikalar: GÜNDƏM İQTİSADİYYAT XuralTAC

Heydər Babayevin oğlu İngiltərədə meşə aldı-FOTO

Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayev İngiltərənin Uels əyalətində böyük bir meşəlik ərazini alaraq ekoturizm sektorunda da öz biznesini qurub.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli verib.
Məlumatda qeyd olunur ki, əyalətin kiçik Llanwrtyd qəsəbəsində Victoria Road yolu üstündəki VİCTORİA WELLS LOG CABİN MOTEL ucsuz-bucaqsız ormanlıq sahənin şərq qurtaracağında meşə turizmi həvəskarlarının diqqətini çəkən məkanlardandır:  Təsisata otel və çoxaylı kotteclər daxildir.
Kompleks Emin Babayevin 2018-ci il noyabrın 6 da Britaniyada qeydiyyatdan keçirdiyi MEAT AND GREET LIMITED şirkəti üzərindən idarə olunur. Şirkət kompleksin yerləşdiyi ünvanda (Victoria Wells Cabins, Victoria Wells Forest Cabins, Victoria Road, Llanwrtyd Wells, Powys, United Kingdom, LD5 4SY) 11661629 saylı lisenziya ilə qeydiyyata alınıb.
Bundan əvvəl turizm kompleksi VİCTORİA WELLS SPA adı ilə fəaliyyət göstərib. 2015-2017-ci illərdə “VİCTORİA WELLS”i keçmiş nazirin oğlunun digər şirkəti – CASPIAN DRAGON CYF idarə edib. Adı “XƏZƏR ƏJDAHASI” anlamına gələn və 2015-ci ilin avqustunda qeydiyyatdan keçmiş şirkətin sənədlərində təsisçinin Azərbaycan vətəndaşı, bankir, 1982-ci il təvəllüdlü Emin Babayev olduğu qeyd edilir.
Emin Babayev poker həvəskarıdır və Londonda kazinolarda poker oyunlarının aktiv iştirakçısıdır. Ən yüksək udduğu məbləğ 2018-ci ildə Londonda keçirilən poker oyununda 37,705 dollar olub.
Babayevlərin Avropadakı digər ailə şirkəti – MERCURY EUROPE HOLDİNQS 2011-ci ildən Lüksemburqda fəaliyyət göstərir. Şirkətə Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva rəhbərlik edir.
Babayevlər Azərbaycanda “AB Standard” holdinqinin sahibidirlər. Holdinqə “Bank Standard”, “Standard İnsurance”, “AB Legal Consulting Group”, “Standard Lizinq”, “Standard Capital” şirkətləri, “Dərnəgül boru zavodu” və “Lənkəran Mehmanxana” daxildir.
Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • KÖŞƏ YAZARLARI
  • XuralTAC

“Yaxın onilliklərə nə Azərbaycanın Qarabağı almaq fikri var, nə də bizim Qarabağı vermək”

İlham İsmayıl   "Əgər martın 31-də Azərbaycan Ordusu separatçıların seçki gününü, Bakı soyqırımının ildönümü gününü ermənilərə rahat gün kimi bağışlayacaqsa..."…

26 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycan və Türkiyə prezidentlərindən birgə bəyanatlar-TAM MƏTN

Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Strateq.az xəbər verir…

25 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Namizəddən Məzahir Pənahova: “Bundan sonra ayağınız Zaqatalaya düşsə, qovacağam”

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 110 saylı Zaqatala Seçki Dairəsi üzrə namizəd Nurlana Cəlillə MSK sədri Məzahir…

25 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

AXP və “Ədalət”in namizədləri 2 məntəqədə səsləri etibarsız etdilər

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 63 saylı Sabirabad birinci seçki…

24 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Sərdar Cəlaloğlu 4 məntəqədə seçkinin nəticələrini ləğv etdirdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 15 saylı Yasamal Birinci Seçki Dairəsindən  qeydiyyata alınmış namizəd…

24 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Nigar Arpadarai ilə rektorun lider olduğu dairələrlə bağlı daha bir qərar verildi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən…

24 Fevral 2020
Xural.COM