Heydər Əliyev Cavid Qurbanovu işdən qovubmuş… – FOTOFAKTLAR

1368165851_cavid-qurbanov01.07.2013

TİA-yi “Azəryolservis”ASC-nin sədri, deputat Cavid Qurbanov haqqında məqalə dərc edib. Məqalə mərhum prezident H.Əliyevin C.Qurbanov haqqında verdiyi fərmanla maraq doğurur. Fərmanda deyilir ki, Cavid Qurbanov işdə buraxdığı ciddi nöqsanlara və vəzifəsindən sui istifadə etdiyinə görə, “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin.H.Əliyev tərəfindən verilən bu fərman 1994-cü il noyabrın 25-də imzalanıb.

Azərbaycanın müxtəlif hissələrində çəkilən yolların keyfiyyətsizliyi haqqında dəfələrlə yazmışıq. Bunun səbəblərini araşdırmağa çalışmışıq. Bu barədə məlumat almaq baxımından TİA-da dərc olunan məqalənin bəzi hissələrini Oxucularımıza təqdim edirik:

“TİA.az olaraq nəzərə çatdırırdıq ki, “Azəryolservis”ASC-nin sədri, deputat Cavid Qurbanovun ölkənin ən iri məmur-oliqarxlarından birinə çevrilməsi üçün keçdiyi yolun özü müəmmalıdır.

Məsələ ondadır ki, 1994-cü ildə Heydər Əliyev Cavid Qurbanovu vəzifədən qovmuşdu. Onun işdən çıxarılması ilə bağlı sərəncamda Qurbanovun vəzifə səhlənlkarlığına, özbaşınalıqlara, ciddi nöqsanlara yol verdiyi əks olunur.

Çoxları buna inanmırdı. Həmin fərman isə yazıdakı fotoda öz əksini tapıb. Fərman niyə icra olunmadı, deyə bilmərik. Yalnız onu deyə bilərik ki, onun günəşi kimlərinsə sayəsində 2002-ci ildən sonra yenidən parlamağa başladı.

Bu gün o, yenə də öz işindədir.

TİA.az olaraq öncələrdə qeyd etmişdik ki, hazırda Yeni Azərbaycan Partiyasının əsas simalarından biri kimi təqdim olunan, iri kapital sahibi  Cavid Qurbanov mərhum prezident Heydər Əliyev dönəmində də post sahibi ola bilmişdi. O, 1993-94-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinə prezident idi. Həmin vaxt işinin “peşəkarı” olan C.Qurbanov nə qədər kənarda dayanıb sərvət sahibinə çevrilmək istəsə də, onun fəaliyyəti ilə bağlı lazımi dairələrə məlumatlar çatdırılır. Bu o zamana qədər davam edir ki, sonda məsələ prezident Heydər Əliyevə çatır. Cavid Qurbanov bir günün içində prezidentin əmri ilə tutduğu vəzifədən kənarlaşdırılır.

… Bir muddət Rusiyada müxtəlif bizneslərlə məşğul olan Cavid Qurbanov keçmiş baş prokuror Eldar Həsənovun sıradan çıxacağı anı gözləyirdi. Bir zamanlar baş prokurorun imkanlarından bəhrələnən Cavid Qurbanovla Eldar Həsənov sonralar ciddi qarşıdurmaya getmişdilər və Cavid Qurbanovun Heydər Əliyev tərəfindən kənarlaşdırılmasının ən yaxşı məqamlarını yəqin ki, Eldar Həsənov bir zaman açıqlayacaq…

Cavid Qurbanov tutduğu vəzifədə yerini möhkəmlətmək üçün yeni-yeni əlaqələr qurmağa başladı. O, Nazim İbrahimov, Ziya Məmmədovun vasitəsi ilə öz yerini bərkidib və bu gün Ziya Məmmədovla əlbir dövlət büdcəsinə əl qoyub.

Cavid Qurbanov yol çəkilişlərinə nəzarətin böyük bir hissəsini əlində cəmləşdirə bilməsini hətta nəqliyyat naziri özü də qəbul edə bilmir, onun müəyyən imkanlarını məhdudlaşdırmağa çalışır. Faktiki olaraq ölkənin ən önəmli məmurları dövlətçiliyə, ilham Əliyev siyasətinə xidmət etmək əvəzinə pul davası aparırlar.

Lakin Cavid Qurbanov yol çəkilişi sistemini öz əlinə keçirdiyindən istədiyi mənimsəmələri edə bilir. Məsələn, hansısa ərazidə yol çəkmək üçün rəsmi şəkildə tender elan olunur. Tenderdə iştirak edən firmalar təkliflərini göndərir. ilkin seçimdən məsələn, 4 şirkət keçir. (Məlum olur ki, bu şirkətlərin hər birinin sahibi özgə adamdır. Amma hamısının yaxalığında Cavid Qurbanova sədaqət andı var. Hətta bəziləri iddia edir ki, bu şirkətlərin əsl sahibi elə Cavid Qurbanovun özüdür. Bunu yəqin ki, sübut etmək çətin deyil. Hüquq mühafizə orqanları kiçik istintaq aparsalar bu sübut oluna bilər. Beləliklə, tenderdən keçən şirkətlər arasında iş başlayır və qaliblər yol çəkilişini həyata keçirirlər. Hər yerdə olduğu kimi burda da “şapka” əməliyyatının hansı formada həyata keçirildiyini bilmədiyimizdən kimin nə qədər elə bu ərəfədə qazandığını demək çətindir. Amma bildiyimiz budur ki, Cavid Qurbanovun rəhbərliyi ilə yol çəkilişi başlayır. Ən sürətli başlayan isə mənimsəmələr olur. Yeni texnikanın alınması, materialların alınması, işçilərin pullarının silinrnəsi və sair metodlarla ayrılan vəsaitin yarıdan çoxu mənimsənilir.

Mənimsəmələr bununla bitmir. Daha sohra başlanır yolların yenidən təmiri, bərpası, yamanması. Bu prosesin gedişində də milyonlarla vəsait yox edilir.

Son vaxtlar C.Qurbanov işinı bir az da ehtiyatlı tutmağa başlayıb. Belə ki, yol çəkilişi və digər bu kimi təmir-bərpa işləri “Azərinşaatservis” MMC ilə birgə aparılır. Məsələnin mahiyyəti isə tamamilə müəmmalıdır. Bu şirkət de-fakto Ziya Məmmədova aiddir. Lakin diqqəti yayındırmaq və mənimsəmələri pərdələmək üçün “Azərinşaatservis” MMC-yə milliyətcə kürd olan Türkiyə vətəndaşı Bülənt Karani rəhbərlik edir. Onun başqa ölkənin vətəndaşı olaraq hansı hüquqla Azərbaycanda böyük bir şirkətə rəhbər vəzifəyə təyin olunması da müəmmalıdır. Bildirilir ki, sözügedən şirkət 2003-cü ildə iki yerli şirkət tərəfindən təsis edilib. Lakin maraqlıdır ki, təsisçi şirkətlərin adına heç yerdə rast gəlinmir və bu barədə ictimaiyyətə açıqlama verilmir. Şirkətin internet saytında yazılanlardan da görünür ki, “Azərinşaatsevis” MMC əsasən avtomobil və dəmir yollarının tikintisi istiqamətində fəaliyyət göstərir və monopolist şirkətdir.

84,3 km-lik Hacıqabul-Kürdəmir avtomobil yolu və Ələt-Astara avtomobil yolunun 22 km (80-102 km) hissəsinin tikintisini “Bakı dairəvi şose yolu”nun tikintisi layihəsini də bu şirkət həyata keçirir. Bununla yanaşı, Ələt-Masallı avtomobil yolunun 0-9 km hissəsinin yenidənqurulması, Yevlax-Gəncə Avtomobil yolunun 4 hərəkət zolağına genişləndirilməsi, Axalkalaki-Kartsaxi (Türkiyə sərhəddi) dəmiryolu nun tikintisi layihələri də sözügedər şirkətə həvalə olunub.

Ən əsası isə odur ki, “Azərinşaatservis” dövlət təminatı ilə alınan xarici kreditləri və büdcə pullarını göyə sovurmaqla məşğuldur. Bu şirkət tender elan edir, tenderlərin hamısını kağız üzərində “Polat” şirkəti udur, lakin bütün işlər “Azərinşaatservis”ə verilir. Burada mənimsənilən məbləğlər də Ziya Məmmədovla Cavid Qurbanov arasında bölüşdürülür. Bu pulların hesabına da onlar Azərbaycanın ən iri oliqarxlarına çevriliblər.

P.S. Cavid Qurbanov haqda məhşur bir lətifə formalaşıb. “Bir gün jurnalist Cavid Qurbanova sual verir ki, bəs qəzetlər yazır ki, milyonlarla manata başa gələn bu əmlak xalqın pulu ilə sahib olmusunuz. Cavid Qurbanov isə cavabında deyib: Yalan yazırlar. Xalqda bu qədər pul nə gəzir?” “

http://tia.az/index.php?name=News&op=Article&sid=22123

Xatırladaq ki, bu ilin aprel ayında DİA.az saytı da C.Qurbanovla bağlı məlumat yaymışdı.Məlumatda bildirilirdi ki, DİA.az saytına elektron məktub daxil olub və “Azəryolservis”in rəhbəri, millət vəkili Cavid Qurbanovla bağlı şok faktlar təqdim olunub. Elektron məktuba foto da əlavə olunub. Həmin fotoda C.Qurbanovun sifəti düşməsə də iddia edilir ki, o polkovnik rütbəli birisinə rüşvət verir. Fotonu yollayan qaynaq yazır: “Sizə bir şəkil göndərirəm. Xahiş edirəm, Cavid Qurbanovdan soruşun ki, polkovnik rütbəli bu zabitə nə verir və niyə verir? Sonra soruşun ki, yolların çəkilməsi üçün dövlət büdcəsindən ayrılan milyonları dəstələyib, paketləyib və çemodanlara yığaraq inkassator maşını ilə hansı ünvanlara və niyə göndərir?”.

http://dia.az/2013/04/29/cavdd-qurbanovla-badl-eok-faktlar-yayld.html

Qarşı tərəfin də mövqeyi yayımlamağa hazırıq.

 

1367207377_01

1372707032_cavid11372707046_cavid2

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button