Heydər Əliyevin “Xanış” siyasəti

Ramin Deko

ramin.deko@gmail.com

 Hamıya Xanışa baxdığı kimi baxan HƏ-izm…

 Heydər Əliyevin ən yaxın dostlarından biri Çoban Xanış idi. Daha dəqiqi, Çoban Xanış bir qisim adamın “ulu öndər” adlandırdığı şəxslə dostluq edirdi. Bunu uşaqdan böyüyə kimi hamı bilirdi. Səbəbkar isə Heydər Əliyev özü idi. Hər dəfə bəh-bəhlə qarşısına çıxdığı, yaşda ondan beş bahar böyük olan, amma BABA dediyi şəxsin qəbuluna çox rahat düşürdü. Əslində, qəbulluq heç nə yoxdur. İnsan öz dostuyla qəbulsuz-filansız görüşməli idi. Ancaq və lakin…

Qəbul olurdu…

Çünki onlar qəlbən dost deyildilər. Uşaq vaxtı bunu anlamasam da, tələbəlik illərində başa düşməyə çalışdım. Atasından, daha doğrusu, 4 avqust 2003-cü ildə baş nazir Artur Rasizadədən ölkənin de-yure ikinci postunu miras alan İlham Əliyev atasının DOST dediyi şəxslə dostluq etmədi. Bax, məsələ elə bundadır. Əgər bir İNSANın kiminləsə həqiqi dostluğu varsa və o, həyatda yoxdursa, onun VARİSi həmin şəxslə DOSTluq etməlidir. Mənim atamın yaxın dostu qardaşım və mənəm. Bu, ürəkdən olduğu üçün ən azından atamın xatirinə QARDAŞIM və ÖZÜMlə, o həyatdan köçəndən sonra dostluq yapacam.

Çoban Xanış Heydər Əliyev üçün bir siyasət, bir alət idi. Ona görə yox ki, bir dostun digərindən çoxlu sayda qoyunları vardı. Ona görə ki, hamımıza ona baxdığı kimi baxırdı. Heydər Əliyev rəngi bozarmış ekranlar qarşısında hamıya ürcah etdirirdi: HAMINIZ MƏNİM ÜÇÜN BİR ÇOBAN XANIŞSINIZ. O MƏNƏ NƏ QƏDƏR DƏYƏRLİDİRSƏ, HƏR BİRİNİZ DƏ O QƏDƏR…

Başqa heç nə yox idi ortalıqda. Heydər Əliyevin bu dostluğu Jirnovskinin məlum çıxışından sonra oldu. Sağ olsun, o, bizi qoyun yerinə qoymadı, ÇOBAN saydı. Amma QOYUNSUZ ÇOBAN. O ÇOBAN ki, onun nəinki qoyunu yoxdur, çalmaq üçün tütəyə, yoldaşlığa köpəyə belə möhtacdır. O, yalnız bir nəfəri varlı çoban etdi, O da ölkənin baş çobanı XANIŞI. Bu ölkədə yalnız birincilər varlı ola bilər. Başqa heç kim və heç nə…

“Xalqın gözü tərəzidir” deyiblər. O da XALQIN gözü ilə “XANIŞ SİYASƏTİ” adı altında bizə tərəf boylandı. İlham Əliyev posta gətiriləndə isə atasının DOSTU ilə dostluq etmədi. Onun menyüsündə belə bir siyasət yox idi. Yalnız bir siyasəti anlayırdı. Hamını ƏZMƏK. Atasının xalqı görmək istədiyi ÇOBAN kimi yox, ondan da betər bir gündə yaşatmaq. Nə gücünə olursa olsun. Var-dövlət, cəh-cəlal, komfort həyat, maşın, yalançı vədlər, kürsülər… saymaqla bitməyən siyasət. Təki yalanlara göz yum. Nə desəm, nəyi saxtalaşdırsam, xüsusən sevmədiyimiz üç şəxsə – Məhəmməd Əmin Rəsulzadəyə, Üzeyir Hacıbəyova, Əbülfəz Elçibəyə hansı iftiranı atsam, HƏ de! DE ki, Çoban Xanış kimi olasan… və yaşayasan!

İndi o günlər yoxdur. Özümüzü KASIB XANIŞ kimi belə hiss edə bilmirik. Həmin günlərin həsrətindəyik bəlkə də…

Ağ niqablı çeşməli bir qadın isə bunlara dözə bilmədi. Biz isə dözdük…

Bir də O SİYASƏTİ ALƏT edən şəxsdə, o SİYASƏTin YARADICISI olanda həyatda yoxdur. Deməli, həmin SİYASƏT də həyatda YOXdur. Məsələ də elə burasındadır…

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button