“Heykəl məhbusu”nun atası istintaq idarəsinə çağırılıb

Həbsdə olan gənc fəal Qiyas İbrahimin atası Həsən İbrahimov iyulun 7-də Ədliyyə Nazirliyinin İstintaq idarəsinə çağırılıb.

Bu barədə Qiyas İbrahimin anası Şura Əmiraslanova məlumat verib. Bildirib ki, evə gələn çağırış 172950141 saylı cinayət işi ilə bağlıdır:

“O, 7 iyul 2017-ci il tarixində, saat 10:00-da Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə çağırılır. Məktubda gəlmədiyi təqdirdə barəsində Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 178-ci maddəsi ilə məcburi gətirilmə tətbiq ediləcəyi qeyd edilib”.

Şura Əmiraslanova çağırışın nə ilə bağlı olduğunu dəqiq bilmədiyini söyləyir:

”Ola bilsin Qiyasın sonuncu məhkəməsindəki hadisə ilə əlaqədardır. Məhkəmədə hakim Qiyasın son sözünü kəsəndə atası əsəbiləşdi. Ona etdiyinin doğru olmadığını, Qiyasın haqqını tapdaladığını söylədi. Bir də hakimə ”Ənvər Seyidovun başına gələn sizin də başınıza gəlsin”, – dedi. Hakim isə onun bu sözlərinin aktlaşdırılmasını istədi. Çağırılma ona görə də ola bilər”.

Qiyas İbrahim digər fəal Bayram Məmmədovla birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Q.İbrahimdən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdəki gənc fəallar Qiyas İbrahim və Bayram Məmmədovun şikayətini icraata götürüb.

Şikayətdə iddia olunur ki, yerli məhkəmələrin axtarış, götürmə ilə bağlı qərarları gənc fəalların Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyata hörmət) və 10-cu (ifadə azadlığı) maddəsində nəzərdə tutulan hüquqları pozulub.

Əlaqəli məqalələr

1 şərh

  1. Axı siyasətlə məşğul oldunsa, gərək bu siyasəti azacıq da olsa öyrənəsən…
    Heykəlin üzərində şüar yazmaq – bu siyasət deyil, bu təxribatdır və indiki rejim dövründə nəticəsi də zəruridir – belə də olmalıydı!…
    Siyasət hop-gop tanımır!
    Siyasət bilik (yəni siyasi mübarizə qanunlarının və üsullarının biliyini), ağıl, dərrəka, ölçülmüş-biçilmiş hərəkat tələb edir!
    Əks halda səviyyəsiz Koroğlu kimi hər dəfə gedib düşəcəksiz tələyə-zindana, sonra da sazı bağrınıza basıb azadlıq aşıqı təki azadlıqdan dəm vuracaqsız…
    Ağıllı olmaq gərək, siyasətçi olmaq gərək!…
    Azərbaycan xalqının 95%-zi indiki rejimdən narazıdır, lakin nə həqiqi müxalifəti var nə də ağıllı bir siyasi mübarizə işi görülür!…
    Niyə? Çox sadə səbəbə görə – siyasi biliyi, savadı olan insanlar və eyni zamanda siyasi iradəsi olan adamlar Azərbaycanda bir-iki nəfərdir… Qalanları AXC ənənsinə sadıq olaraq elə ancaq hop-gop aşıqləridir!…
    Belə olduğu halda bu xalq Mexriban Əliyevanın da, Leyla Əliyevanın da, balaca Heydər Əliyevin də və bu de-fakto kral sülaləsinə çevrilmiş ailənin digər gənc və yeni üzvlərinin də prezidentlik inauqurasiyasına indidən hazırlaşa bilərlər…
    Siyasəti öyrənmək istəmirsizsə, hop-gopla meydanda boş-boşuna oppanıb-düşmək niyyətindəsizsə onda bu cür gələcəyi zaman-zaman görmək məcburiyyətində olacaqsız!… Və bu cür vəziyyətin alınmasında heç kəs – bir özünüzdən başqa – heç kəsdən inciməyə dəyməz, çünki hər şey öz əlinizdədir!…
    Vaxtilə ura-ura deyib getdiz partokratların, KQB-nin bu millətə böyük bir tələmə kimi yaradılan və başında KQB-nin agentlərinin təmsil olunan “Azərbaycan Xalq Cəbhəsinə” qoşulduz, ona dəstək verdiniz, onun anti-milli, anti-xalq cinayyətlərində fəal iştirak etdiniz, öz əlinizlə AXC və onun başında duran agenturanı hakimiyyətə gətirdiniz, v təbii ki, onlar nə etməliydilər ki? – Tamamilə haqlısız – onlar da özlərinin əsl yiyələrini gətirdilər hakimiyyətə və saldılar bu millərin canına – bununla da çürümüş köhnə partokrat komandası yenə nəfəs, yeni qüvvə, yeni həyata və yeni cinayətlərə böyük bir şans aldı…
    25 beş il keçib… gör bir bu 9 milyon əhalinin heç olmasa 1%-zi bu hadisələrdən bir nəticə çıxarıb? – Yox!…
    Belə olduğu halda kimdən və nədən umub-küsə bilərsiniz? Heç kəsdən!…
    Deyirlər: Ağıllı adam başqalarının səhvindən nəticə çıxarır, kəmsavad öz səhvlərində nəticə çıxarır, əbləh isə heç öz səhvlərindən də nəticə çıxarmır!

    Oqtay Ataxan

    07.07.2017

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button