Hicab oğrulara “maska” oldu -VİDEO

3 ogruSosial şəbəkələrdə 3 qızın yaşayış binalarından birində mənzildən oğurluq etmələri ciddi müzakirə mövzusuna çevrilib. Ona görə yox ki, oğrular qızlardır, həm də ona görə ki, qızların hər üçü hicabdadırlar və onlar peşəkarcasına oğurluq edirlər.

Mənzilin seyf qapısini çox məharətlə açan qızlar, növbə ilə mənzilin ətrafını nəzarətdə saxlayırlar. Bu zaman onların blokda yerləşdirilmiş təhlükəsizlik kameralarından xəbərləri yoxdur. Mənzildə tələsik oğurluq edən qızlardan biri digərini köməyə çağırdıqdan cəmi 3 dəqiqə sonra oğurluqlarını başa çatdırırlar. Ümumilikdə isə 10 dəqiqə müddətində “əməliyyat” aparan qızlar, kamera görüntülərində müşahidə edildiyi kimi “ov”larından razıdırlar.

Əslində cəmiyyətdə hicablı qadınlara qarşı münasibət birmənalı deyil. İctimai rəydə belə bir fikir var ki, hicabın bu cür sürətlə yayılmasına səbəb dinə olan sevgiləri deyil, əksinə müxtəlif dini sektaların və ya təriqətlərin müxtəlif şirnikləndirici üsul və təkliflərlə pula ehtiyacı olan insanları tərəflərinə çəkməsidir. Videodan da göründüyü kimi hicab mövcud halda oğruları diqqətdən kənarda saxlamağa, dinə sevgisi olan adamların heç bir halda oğurluq etmələrinin mümkün olmaması fikrini yaratmağa xidmət edir.

Hadisənin Türkiyədə baş verdiyi söylənilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button