Hicablılara “bayquş” deyən aparıcı yenidən ANS-də – VİDEO

42933Hicablı qadınlara “bayquş” dediyi üçün ANS-dən uzaqlaşdırılan teleaparıcı Elnarə Təhməzova yenidən efirə qayıdır.
“Qafqazinfo”nun məlumatına görə, bu haqda ANS-in “Facebook” səhifəsində məlumat verilib. Teleaparıcı yenidən “İncə maraqlar” və “İncə+” verilişi ilə tamaşaçıların görüşünə gələcək.
Qeyd edək ki, “İncə maraqlar” verilişində aparıcı E.Təhməzova hicablıların qara geyinməsinə etiraz edərək, belə geyinən xanımları “bayquş”a bənzətmişdi. Bundan sonra ANS-in Yaradıcılıq Şurası araşdırma apararaq aparıcını efirdən kənarlaşdırıb və onun müəllifi olduğu “İncə Maraqlar” və “İncə+” verilişlərinin yayımının dayandırılması barədə qərar vermişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button