Rubrikalar: CƏMİYYƏT

Hicran Hüseynova Bakıda məktəbli qızın intiharı haqda

Bakı şəhəri, 162 nömrəli tam orta məktəbin şagirdinin intihar etməsi ilə bağlı müvafiq dövlət orqanları tərəfindən araşdırmalar gedir və bu məsələ ilk gündən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, hazırda istintaq gedir, araşdırmalar aparılır. Bununla yanaşı, məsələni mahiyyətindən çıxararaq sosial şəbəkələrdə kampaniyalaşdırmağa və ya siyasiləşdirməyə ehtiyac yoxdur. Burada məsələnin diqqətdən kənarda qalması rəyinin formalaşdırılması da düzgün deyil.

“İndi heç kəsi təqsirləndirmək istəməzdim, bütün bunlar istintaq işi yekunlaşdıqdan sonra bilinəcək”, – deyə Hicran Hüseynova bildirib.

Qeyd edək ki, Bakı Şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəbdə baş vermiş intihar hadisəsi ilə bağlı aprelin 6-da birgə məlumat yayıb.

Məlumatda deyilir ki, aprelin 4-də Bakı şəhəri, Səbail rayonu. Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi məktəbin III mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstəxanada vəfat edib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.

Paylaş:

Share

Son Əlavələr

Mxitaryan desəydi ki, Qarabağ Azərbaycanındır…

İlham İsmayıl Ermənidən tarixən xeyir gəlməyib. İndi də Bakıda yüz ilin başında Avropa kubokunun finalı oyununa sevindiyimiz yerdə bir erməni…

22 May 2019 3:46 səhər

”Sərxani Ağanın nəşi 10 aydır ailəsinə verilmir”- FOTOLAR

''Hüquq müdafiəçisi Oqtay Gülalıyev öz facebook səhifəsində Müsəlman Birliyi Hərəkatının üzvü Sərxani Ağanın ölümü və nəşinin hələ də tapılmaması ilə…

22 May 2019 3:20 səhər

“İlham Əliyevin iradəsi olmasa…”-VİDEO

Hər rüb dövlət büdcəsindən Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fonduna qəzetlərə dəstək məqsədilə vəsait ayrılır. Bir sıra jurnalistlər hesab edir ki,…

22 May 2019 2:56 səhər

Ramazanın 17-ci gününün duası

Mayın 22-si Ramazan ayının 17-ci günüdür. Xural.com xatırladır ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, bu gün Bakıda imsak saat…

22 May 2019 2:45 səhər

Media problemləri haqqında Əvəz Zeynallı-Azər Həsrət debatı-VİDEO

"Yeni Müsavat" qəzetinin "Canlı debat" proqramında fərqli fikirlərin mübadiləsi öz əksini tapır. Azərbaycan mediası nə dərəcədə siyasiləşib? Jurnalistlər daha çox…

22 May 2019 2:41 səhər

ABŞ-da erməni silah baronu həbs olundu

ABŞ-da keçmiş aktyor Ara Dolaryan qanunsuz silah alveri, çirkli pulların yuyulması və cinayət niyyətli əlbirliklə əlaqədar həbs olunub. “The Business…

22 May 2019 2:35 səhər
Xural.COM