Hikmət Hacıyev: Ermənilər Gəncəni “Toçka-U” raket sistemi ilə vurublar

“Gördüyümüz kimi, müəyyən yalvarışlar edərək humanitar əsaslarla atəşkəsə çağırışlar edirdi və belə bir bəyanat da olmuşdu. Ancaq bunun ardınca dərhal Ermənistan silahlı qüvvələri tərəfindən çox təhlükəli bir silahdan – “Toçka-U” raket sistemindən istifadə edərək Gəncədə insanların sıx yaşadığı məntəqəni atəşə tutub”.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə hadisə yerində jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı məlumata görə, ermənilərin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 9 nəfər həlak olub, 34 nəfər yaralanıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button