Hikmət Babaoğlundan YAP-ın orqanında «islahat»

«Yeni Azərbaycan» qəzeti Heydər Əliyevin sözlərini necə və niyə təhrif edib?

 Mərhum prezidentin qəzet və onun baş redaktoru haqqında dediyi sözləri ixtisar olunub

 Hakim partiyanın rəsmi orqanlarından olan «Yeni Azərbaycan» qəzetinin saytında loqo olaraq mərhum prezident Heydər Əliyevin sözləri yerləşdirilmişdi. Loqo olaraq mərhum prezidentin fotosunun qarşısında ««Yeni Azərbaycan» qəzeti çox yaxşı qəzetdir və Alqış Həsənoğlu da çox yaxşı baş redaktordur» sözləri yer alırdı. Uzun müddət saytın loqosunda bu sözlər dövr elədi də. Hətta Alqış Həsənoğlu qəzetin baş redaktorluğundan gedəndən sonra da bir müddət bu şuar yerində qalmaqda idi. Lakin Alqış Həsənoğlunun yeri tam soyuyandan sonra Tanrıya bəndəlik etməyən Hikmət Babaoğlu Heydər Əliyevin sözlərində redaktələr aparmağa başladı və şüarın Alqış Həsənoğlu ilə bağlı hissəsi çıxarıldı.

Bu yaxınlarda isə ümumiyyətlə, Heydər Əliyevin sitatı saytdan yığışdırılıb. Maraqlıdır ki, bu mövzu ilə bağlı bir müddət əvvəl mətbuat orqanlarında məlumatlar yer almışdı. Görünür, mətbuatın məsələyə diqqət edəcəyindən və işin böyüyəcəyindən ehtiyat edən «Yeni Azərbaycan»nın indiki baş redaktoru Hikmət Babaoğlu düyünü vaxtında kəsməyə qərar verib. Hər halda balaca iş də deyil. Heydər Əliyevin sözlərini əvvəlcə redaktə etmək, sonra da tamamilə saytdan çıxarmaq novatorluq və islahat kimi də qiymətləndirilə bilər.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 055 (464), 09 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button