Hindistan Azərbaycanda növbəti sərgi-ticarət yarmarkasına hazırlaşır

Hindistan Ticarət Palatası və Hindistanın Azərbaycandakı səfirliyi Azərbaycanda növbəti sərgi-ticarət yarmarkası keçirməyə hazırlaşır. Bunu təşkilatçılar bildiriblər.

Sərgi-ticarət yarmarkasında əsasən Hindistan milli geyimləri, suvenirləri, mətbəx mebelləri, çay istehsalı məhsulları, müxtəlif zərgərlik məmulatları da satışa çıxarılacaq.

Verilən bilgiyə görə, sərgi-ticarət yarmarkasına Hindistanın 55 nəfər iş adamının, Hindistan Ticarət Palatası və Hindistanın Azərbaycan səfirlyi təmsilçilərinin qatılacağı gözlənilir.

Təşkilatçılar sərgi-ticarət yarmarkasının əsas hədəflərinin Hindistan-Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsi, həm də iqtisadi-ticari əlaqələrinin genişlənməsi olduğunu bildiriblər.

Təşkilatçılara görə, qarşılıqlı olaraq Hindistan iş adamlarını Azərbaycanda, eləcə də Azərbaycan iş adamlarını Hindistanda iqtisadi fəaliyyətə təşviq etmək də sərgi-ticarət yarmarkasının hədəfləri sırasındadır.

Tədbirin təşkilatçıları sərgi-ticarət yarmarkasının AMAY Şirkətlər qrupunun “Xətai” ticarət mərkəzində (AMAY Ticarət Mərkəzi) keçiriləcyini və martın 13-dən start götürən tədbirin martın 28-nə kimi 15 gün olmaqla davam edəcəyini bildirirlər.

Təşkilatçılar ölkə vətəndaşlarına, müraciət edərək onları sərgi-ticarət yarmarkasında fəal iştiraka çağırırlar.

Təşkilatçılar Azərbaycanın iş adamlarını isə sərgi-ticarət yarmarkasının həm də Hindistanda fəaliyyət üçün bir fürsət imkanı olmasını dəyərləndirməyə və bundan yararlanmağa çağırırlar.

Xatırladaq ki, Hindistan Ticarət Palatası və Hindistanın Azərbaycan səfirliyi adı çəkilən sərgi-ticarət yarmarkasını Azərbaycanda 2014-cü ildən etibarən hər il təşkil edir. Sərgi-ticarət yarmarkası ildə iki dəfə və həf dəfə də 15 gün davam etməklə “AMAY Ticarət Mərkəzi”ndə təşkil olunur.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button