Hindistan Rusiyadan silah alışını dayandırıb, səbəb pul və qorxu

“Bloomberg” Hindistan rəsmilərinə istinadən Dehlinin Rusiyadan silah alışını dayandırdığını yazır.

Buna səbəb silah tədarükündə ödəniş üsulları ilə bağlı iki ölkənin ABŞ-ın sanksiyalarından yan keçən ödəniş üsulunun tapa bilməmələri olub.

Bu səbəbdən də Hindistan silaha görə 2 milyard dollardan çox vəsaiti bir ildir Rusiyaya ödəyə bilmir. Bundan başqa Rusiya da təxminən 10 milyard dollar dəyərində ehtiyat hissələri, eləcə də iki S-400 raketdən müdafiə sistemi alınması üçün kredit tədarükünü dayandırıb.

Rusiya Hindistanın Pakistan və Çinlə sərhəd mübahisələrində lazım olan ən böyük silah tədarükçüsüdür.

Moskva qeyri-sabitliyi əsas gətirərək Hindistan rupisi ilə ödəniş istəmir, Hindistan da rublla sövdələşmədən qaçır. Digər valyutalarla bağlı danışıqlar da nəticəsin bitib.

Beləki iki ölkə arasında ödənişin avro və dirhəmlə aparılması da müzakirə olunub. Lakin ABŞ-ın diqqətini çəkə biləcəyi səbəbindən bu valyutalarla ödəniş məsələsi də müzakirələrdən çıxarılıb.

Hindistan malları ilə ödəniş ideyasını həyata keçirmək çətindir. Çünki Rusiyanın Hindistana ixracı oradan idxalı əhəmiyyətli dərəcədə üstələyir.

Rusiya istehsalı olan 250-dən çox SU-30 döyüş təyyarəsi, 1200-dən çox T-90 tankı və yeddi sualtı qayığa sahib olan Hindistanın bu silahlara komponentlər və ehtiyat hissələri tədarük edə bilməməsi ciddi problemdir.

Hindistan rəsmiləri Rusiyanın hərbi texnikaya müntəzəm texniki qulluq göstərməyə davam edə biləcəyinə də əmin olmadıqlarını bildirirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button