Hitlerin 300 min dollarlıq telefonu satışda

Bu gün ABŞ-ın Mariland ştatında Adolf Hitlerin şəxsi telefonu satışa çıxarılacaq. Alexander Historical Auctions təqdim etdiyi tarixi əşyanın 200-300 min dollara satılacağı gözlənilir. Sözü gedən telefon “Siemens” şirkəti tərəfindən istehsal olunub. Üzərində faşizmin rəmzi kimi təqdim olunan qartal svastikası var.

Alexander House bildirib ki, bu telefon vasitəsi ilə fürer II Dünya Müharibəsi zamanı milyonlarla insanı ölümə göndərib. Əslində bu telefon texniki avadanlıqdan daha çox bütün dövrlərin ən dağıdıcı silahı kimi ortadadır.

Telefonun Hitlerin son sığınacağı olan bunkerdən götürüldüyü bildirilir. Onu rus zabitləri Britaniya ordusunun briqada generalı ser Ralph Rayner-ə hədiyyə ediblər. İndi isə generalın ahıl yaşlı oğlu telefonu satmaq qərarına gəlib…

Versteigerung in den USA: Hitlers Reisetelefon

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button