Hökumət Avropa Məhkəməsində iki azərbaycanlıya uduzub

28.02.2012

Avropa Insan Haqları Məhkəməsi iki azərbaycanlının şikayətinə baxaraq, Azərbaycan hökumətindən onlara təzminat ödənilməsini tələb edib. Bu barədə məhkəmənin saytında bildirilir.

Şikayətçi Abbas Musa oğlu Atakişi 1959-cu ildə anadan olub və Bakıda yaşayır. 2005-ci il parlament seçkilərində müstəqil namizəd olmuş Abbas Atakişi şikayətində bildirib ki, seçki kampaniyası zamanı seçicilərinə rüşvət vermək və opponentlərini təhqir etmək ittihamları ilə seçki prosesindən uzaqlaşdırılıb. Məhkəmə Avropa İnsan Haqları Konvensiyasının azad seçki hüququ protokolunun pozulduğunu əsas gətirərək ona 7500 avro dəyərində təzminat, eləcə də xərclərinin dəyərini qarşılamaq üçün 1385 avro ödənilməsinə qərar verib.

İkinci şikayət isə Çingiz Əmirhəmzə oğlu Paşayevdən qəbul edilib. 1957-ci ildə Bakıda doğulmuş və hazırda Qobustan həbsxanasında mütəşəkkil cinayətkarlıqda iştirakda və bilərəkdən adam öldürməkdə günahkar bilinərək ömürlük həbs cəzası çəkir. 1991-ci ilin noyabr ayında ittiham olunmuş Paşayev özünün tutulma şəraiti barədə şikayətlərinə yerli məhkəmələrdə onun iştirakı olmadan baxıldığını və appelyasiya ərizəsinin araşdırılmadığını bildirib. Məhkəmə hökmunə görə, Paşayev məhkəmə hüququndan məhrum edilib və ona mənəvi ziyana görə 4800 avro ödənilməlidir.

“BBC-Azeri”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button