Hollandiya qəzetləri də Azərbaycan hakimiyyətini vurdu

“PZC” qəzetinın əməkdaşları Mehriban Əliyevanın “Avroviziya” yarışmasının təşkilat komitəsinə sədr təyin olunmasını heyrətlə qarşılayıblar:

“Bunu dünyanın heç bir yerində etmirlər…”

Hollandiyada çıxan “PZC” qəzetində Azərbaycan hakimiyyətini tənqid edən yazı dərc olunub. Yazının başlığı belədir: “Azərbaycan, demokratiyasiz Avropa” (Azerbeidzan Europa maar zonder democratie).

Yazı Azərbaycanın Avroviziyadakı qələbəsindən, bizim onu necə sevinclə qarşılamağımızdan başlayır. Daha sonra ölkəmizdə demokratiyanın olmamasından, müxalifət partiyalarının, müstəqil mətbuatın tamamilə sıxışdırılmasından, Bəxtiyar Hacıyevin heç nədən həbsə atılmasından geniş söhbət açılıb. Eləcə də Ermənistanla müharibə vəziyyətindən danışılıb. Məqalə müəlliflərinin diqqət yetirdikləri daha bir məqam isə, Azəbaycanda otellərin qiymətlərinin çox baha olması olub. Hətta Nyu-Yorkdakı otellərlə müqayisələr aparılıb və Nyu-Yorkdakı otellərin daha ucuz olduğu vurğulanıb.

Dənizkənarı park, ümumən mərkəzi küçələr barədə yazdıqları isə adamda doğrudan xəcalət hissi yaradır. “PZC” qəzetinin əməkdaşları yazırlar ki, hər yer mərmərdir, elə bil öhdəlik götürüblər ki, hər şeyi ən bahalı materiallardan etməlidirlər, halbuki insanların dolanışıq səviyyəsi olduqca aşağıdır. Yazarlar onu da qeyd ediblər ki, camaat düşünür ki, bu festifalın Azərbaycanda keçirilməsindən ancaq hakimiyyət xeyir götürəcək. Hollandiyalı həmkarlarımız xüsusi qeyd ediblər ki, tədbir yüksək səviyyədə keçirilə bilər, çünki təşkilati işlərə prezidentin xanımı rəhbərlik edir və bütün Nazirlər Kabineti bu işə cəlb olunub ki, BUNU DÜNYANIN HEÇ BİR ÖLKƏSİNDƏ ETMIRLƏR, ONA GÖRƏ Kİ, BU, ADİ BİR MUSİQİ FESTİFALIDIR.

Yazı may ayının 28-də dərc olunub.

Yazını qəzetimizin redaksiyasına “Xural”ın Hollandiyadakı Oxucusu Vüqar Abbasov təqdim edib.

 

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (432), 26 iyun-2 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button