Hulusi Akar: “Ermənistan işğal etdiyi əraziləri tərk edəcək – bu qədər sadə”

Türkiyənin müdafiə naziri Hulusi Akar növbəti dəfə Azərbaycanın öz torpaqlarını işğaldan qurtarmaq üçün apardığı mübarizəyə dəstək verib və işğalçı Ermənistana, onu himayə edənlərə sərt, birmənalı mesaj göndərib: Ermənistan işğal etdiyi ərazilər tərk etməlidir, vəssalam!

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Hulusi Akar bu haqda jurnalistlər qarşısında danışıb.

“30 ildə nə etdilər? Böyük bir heç. Nə zaman ki, azərbaycanlı qardaşlarımız Ermənistanın hücumlarının artmasının ardınca öz torpaqlarını geri almaq üçün fəaliyyətə keçdilər, 30 ildən bəri susanlar sülhdən, atəşkəsdən, danışıqlardan, müzakirələrdən bəhs etməyə başladılar. Bu, heç səmimi deyil, heç kimi qane edə bilməz. Bu işin çox sadə yolu var. Ermənistan işğal etdiyi əraziləri tərk edəcək, muzdluları oradan çıxaracaq, terrorçuları bölgədən geri göndərəcək və məsələni bitirəcək. Bu qədər sadə. Biz Azərbaycanın haqlı mübarizəsini sonuna qədər dəstəklədiyimizi ən yüksək səviyyədə, prezidentmizdən başlamış hər səviyyədə söylədik. Türkiyə Cümhuriyyəti dövləti və Türk milləti olaraq azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu ifadə etdik, bundan sonra da ifadə edəcəyik”,-müdafiə naziri bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button